Yaponiya hökuməti İmperator taxtının varisini noyabrın 8-də elan edəcək

09.10.2020 - 15:38

Yaponiya hökuməti vəliəhd-şahzadə Akişinonu İmperator taxtının varisini elan etmək üçün noyabrın 8-də mərasimlər silsiləsinin təşkili barədə qərar qəbul edib.

AZƏRTAC xəbər verir ki, bu barədə qərar hökumətin oktyabrın 8-də keçirilən iclasında qəbul edilib. Bildirilir ki, koronavirus pandemiyası ilə əlaqədar mərasimlərin ixtisar edilmiş şəkildə təşkili nəzərdə tutulur. Şahzadə Akişino İmperator Naruhitonun kiçik qardaşıdır.

Qeyd edək ki, ilkin olaraq həmin mərasimlərin cari il aprelin 19-da keçirilməsi planlaşdırılırdı. Lakin aprelin əvvəllərində Yaponiyada koronavirusun yayılması nəticəsində fövqəladə vəziyyət elan olunduğuna görə mərasimlərin təşkili tarixi qeyri-müəyyən vaxta qədər təxirə salınmışdı.

Bildirilir ki, əsas mərasimdə iştirakçıların sayının 350 nəfərdən 50-dək azaldılması nəzərdə tutulub. Bununla əlaqədar dövlət qəbulu isə tamamilə ləğv edilib.

Baş Nazir Yoşihide Suqa isə bəyan edib ki, varisin elan edilməsi mərasimi ötən il başlamış taxtın ötürülməsi mərasimləri silsiləsinin sonuncusu olacaq.

Baş Nazir, həmçinin bildirib ki, hökumət ölkədə yeni dövrün başlaması ilə əlaqədar təşkil edilən bu mərasimlərin rəvan keçməsi üçün lazım olan bütün tədbirləri görəcək.

Short URL: http://www.cumhuriyyet.net/?p=155724

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31