cumhuriyyet.net
Dağıstanda onlarla uşaq kəskin bağırsaq infeksiyası ilə xəstəxanaya yerləşdirilib • Cumhuriyyət
Rusiyanın Dağıstan Respublikasında 42 uşaq kəskin bağırsaq infeksiyası ilə xəstəxanaya yerləşdirilib. Trend-in məlumatına görə, bu barədə respublikanın Səhiyyə Nazirliyi bildirib. Qeyd olunur ki, uşaqlardan 36-ı məktəbəqədər müəssisələrdən, dörd nəfəri isə məktəblərdən gətirilib. Bəzi xəstələrin vəziyyəti orta ağır olaraq qiymətləndirilir. Hazırda infeksiyanın mənbəyi ilə bağlı araşdırma aparılır.
nesimi