İşğaldan sonra Krımdan 10 min tatar gedib
Modern.az xarici bildirir ki, bu haqda Krım-tatar xalqları Məclisinin sədri Refat Çubarov məlumat verib: “Qanunsuz
işğaldan sonra 20 minə yaxın adam Krımı tərk etmək məcburiyyətində
qalıb, onların 9-10 min nəfəri krım tatarlarıdır. Onlar yarımadadan
gedərək Ukrayna ərazisində məskunlaşıblar. Ukrayna hakimiyyəti ilə birgə
Məclis onlara kömək edir”.
Refat Çubarov qeyd edib ki, krım tatarlarının böyük əksəriyyəti
Xerson və Zaporojski vilayətlərində yaşayır, qalanları Ukraynanın qərb
vilayətlərinə səpələniblər.
Short URL: http://www.cumhuriyyet.net/?p=15573