Meksikada yaşayış evinə qumbara atılıb: 6 ölü, 2 yaralı var

10.10.2020 - 10:19

Meksikanın qərbindəki Xalisko ştatının Tonala bölgəsində bir yaşayış evinə edilən hücum nəticəsində altı nəfər ölüb, daha iki nəfər ağır yaralanıb.

APA “Noticias MVS” radiostansiyasına istinadən xəbər verir ki, naməlum cinayətkarlar hücum zamanı qumbaradan istifadə ediblər ki, bu da binada olan qaz balonunun partlaması və yanğınla nəticələnib.

Hadisə yerinə gələn prokurorluq əməkdaşları orada avtomatik silahlardan atılmış təxminən 200 patron gilizi, beş əl qumbarası və külli miqdarda pul aşkar ediblər. İstintaqın əsas versiyasına görə, insidentin səbəbi torpaq sahələrinin satılması ətrafında yaranmış münaqişədir.

Short URL: http://www.cumhuriyyet.net/?p=155743

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31