Sarkisyan Ərdoğana “yox”dedi

21.01.2015 - 21:06

Ərdoğan isə həmkarının dəvətinə indiyədək cavab verməyib
Brüsseldə Avropa İttifaqı-Ermənistan Əməkdaşlıq Şurasının növbəti görüşü
keçirilib. Bu görüşdə Ermənistanla azad ticarət komponenti olmadan
Assosiasiya Sazişinin imzalanması mümkünlüyü məsələsi müzakirə olunub.
ANS PRESS-in məlumatına görə, bu görüşdə Ermənistanı təmsil edən xarici
işlər naziri Edvard Nalbandyan Türkiyə-Ermənistan münasibətlərindəki son
hadisələrdən söz açıb və bildirib ki, İrəvan Gelibolu döyüşünün
(Çanakkale zəfəri) 100-cu ildönümü mərasiminə Ankaradan dəvət alıb.
Prezident Serj Sarkisyan Türkiyə prezident Rəcəb Tayyib Ərdoğanı
“1915-ci il erməni soyqırımı”nın 100 illiyinə həsr ediləcək mərasimə
dəvət edib. Mən bu dəvəti ötən il avqustunda Ankarada olarkən
R.T.Ərdoğana çatdırmışam. İndiyədək bu dəvətə heç bir cavab gəlməyib”.

Türkiyənin dəvətinə gəlincə isə, Ermənistan xarici işlər naziri
ölkəsinin “nəzakətli rədd cavabını” bir daha xatırladıb. O deyib ki,
belə bir dəvətin qəbulu dünyada düzgün başa düşülməyə bilər”. Birinci
Dünya müharibəsinin ikinci ilində Osmanlı qoşunları Qalipoli döyüşündə
Britaniya başda olmaqla müttəfiqləri ağır itkiyə məruz qoymuşdu. Lakin
buna baxmayaraq, o vaxt Almaniya ilə müttəfiq olan Osmanlı imperiyası
Birinci Dünya müharibəsini 1918-ci ildə məğlub tərəf kimi başa vurub.

Short URL: http://www.cumhuriyyet.net/?p=15577

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728