Bakı və İrəvan razılığı – Rus senatordan reaksiya
Əgər sülh də olmasa, atəşkəsə şans var.
Axar.az xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının Beynəlxalq Komitəsinin sədri Konstantin Kosaçev Moskvada Azərbaycan, Rusiya və Ermənistan XİN rəhbərlərinin görüşünün nəticəsini şərh edərkən deyib.
“Əgər provokatorlar yenidən peyda olsalar, onlar yekunda əsir və ölülərə atəş açacaqlar. Onlar gərək bu barədə bilsinlər. Ona görə də heç bir tərəfdən provokatorlar olmamalıdır.
Hazırda əsas məsuliyyət konflikt tərəflərinin üzərindədir. Qarşıda çox ağır dönəm var. Gərək atəşkəs rejiminin konkret parametrləri razılaşdırılsın, əsirlər və cəsədlər dəyişdirilsin, danışıqlar masası ətrafına oturulsun”, – deyə o bildirib.
Short URL: http://www.cumhuriyyet.net/?p=155771