Donald Tramp 50 min seçicinin səhv bülleten aldığını bəyan etdi
ABŞ prezidenti Donald Tramp bu ilin noyabr ayının 3-də keçiriləcək prezident seçkilərində qiyabi səs verəcək 50 min amerikalı seçicinin səhv bülleten aldığını bildirib.
Musavat.com xarici agenltiklərə isitnadən xəbər verir ki, o bu barədə Tvitter hesabında yazıb.
“Ohayo ştatında seçicilərə səhv bülletenlər paylanılıb. Onların təqdim olunmasına və səsvermə prosesinə nəzarət, demək olar ki, yoxdur. Saxtalaşdırılmış seçkilər!”,-deyə Trampın mesajında qeyd olunub.
Qeyd edək ki, hadisə Ohayo ştatını Franklin dairəsində baş verb. Burada bülletenləri zərflərə paylayan aparatın işində qəza törəyib. Franklinin seçki komissiyası bütün zərərçəkmmiş seçicilərə vəziyyətin düzələcəyinə söz verib.
Xatırladaq ki, bu ilin noyabrın 3-də ABŞ vətəndaşları ölkə prezidentindən başqa Nümayəndələr palatasının bütün tərkibini, 35 senatoru, 13 ştat qubernatorunu seçməlidirlər.
Short URL: http://www.cumhuriyyet.net/?p=155787