Xədicə İsmayıl karserə salınıb, kamerasında yoxlama aparılıb

21.01.2015 - 21:13

Həbsdə olan jurnalist Xədicə İsmayıl bir günlük karserə salınıb,
onun kamerasında isə yoxlama aparılıb. Bu haqda AzadlıqRadiosuna vəkil
Yalçın İmanov məlumat verib. Vəkilin sözlərinə görə, həbsxana
əməkdaşları jurnalistin cəzalandırılmasını onun məqaləsinin mətbuatda
yayılması ilə izah edirlər.
Yalçın İmnaov hadisənin ötən həftənin sonunda baş verdiyini deyir.
“Sadəcə,
o vaxtdan görüşə bilməmişik deyə, indi xəbər tutmuşuq. Mətbuatda
yayılan məqaləsinə görə bir günlük cəzalandırılıb. Xədicə deyir ki,
karser elə də dəhşətli yer deyil. Orada olduğu müddətdə bir kitabı
oxuyub bitirib. Deyir ki, kameradan fərqli olaraq, karserdəki pəncərənin
qarşısında ağac var. Bu təbiət mənzərəsini görməkdə yardımçı
olduqlarına görə təcridxana rəhbərliyinə təşəkkür edir. Karserdən
buraxılandan bir gün sonra isə kamerasında axtarış aparılıb. Bütün
qeydlərini götürüblər”
Yalçın İmanov deyir ki, hazırda da jurnalistin vəkilləri ilə görüşü ciddi nəzarət altında həyata keçirilir.
Xədicə
İsmayıl ötən il dekabrın 5-də həbs olunub. O, jurnalist Tural
Mustafayevin В«özünü öldürmə həddinə çatdırmaВ» ittihamı ilə saxlanıb.
Xədicə İsmayıl bu ittihamları rədd edərək, həbsini sifariş sayır.
AzadlıqRadiosunun rəhbərliyi bəyan edib ki, Xədicənin həbsi onun ölkə
məmurlarının gizli biznesi haqda araşdırmalarına görə hakimiyyətin
qisasıdır.
Jurnalist prezident ailəsinin biznesi haqda araşdırmaların müəllifidir.
Xatırladırıq
ki, həbsindən bir neçə gün sonra da mətbuatda yeni il təbriki dərc
olunduğuna görə, Xədicə İsmayıla xəbərdarlıq olunmuşdu.

Short URL: http://www.cumhuriyyet.net/?p=15579

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930