Gəncənin icra başçısı: “34 yaralı var, 2 nəfər dağıntılar altında qalıb”

11.10.2020 - 10:12

“Gəncədə insanlar yüksək əhval ruhiyyədədir, heç kim qorxmur, insanlar təşvişə düşməyib, hər şey qaydasındadır”.

Bunu Musavat.com-a verdiyi açıqlamasında Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Niyazi Bayramov bildirib.

O, qeyd edib ki, Gəncənin mərkəzi hissəsinə atılmış raket nəticəsində üç binaya zərər dəyib:

“Həmin ərazidə üç bina var. Biri iki mərtəbəli 16 mənzillidir. İkisi də birmərtəbəlidir. Birində 9 mənzil, digərində 6 mənzil var. Ümumi orda 84 ailə yaşayır. 5 nəfər həlak olub. 34 yaralı var. 2 nəfərin dağıntılar altında qaldığı bildirilir. Bütün yaralılar xəstəxanadadırlar. Əlavə məlumat veriləcək”.

Short URL: http://www.cumhuriyyet.net/?p=155804

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31