8 erməni əsgəri öldürüldü

21.01.2015 - 23:45

 

Ermənistan ordusu yenə itki verib. ANS
PRESS-in məlumatına görə, bu barədə Ermənistan Müdafiə Nazirliyinin
mətbuat xidmətinin rəhbəri Artsrun Ovannisyan açıqlama verib. Onun
sözlərinə görə, Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində Tavuş
vilayətində müddətdən artıq xidmət edən hərbçi ölüb. Ovannisyan
bildirib ki, bu gecə cəbhədə atışma zamanı 1980-ci il təvəllüdlü
müddətdən artıq xidmət edən Arman Raşidoviç Udumyan ölüb. O, çavuş olub.

Qeyd
edək ki, Ermənistan ordusu yeni il başlayandan xeyli itki verib.
Azərbaycan Müdafiə Nazirliyi bildirir ki, Azərbaycan ordusu erməni
kəşfiyyat-təxribat qrupunun hücumlarının qarşısını alır, düşmən itki
verərək geri çəkilir: “Erməni tərəfinin
rəsmi olaraq təsdiq etdiyi kimi, yanvarın 3-dən 20-dək yalnız cəbhədə
onların (Ermənistan Silahlı Qüvvələrinin) 8 hərbi qulluqçusu məhv
edilib, 4 nəfəri isə ağır yaralanıb. Təsdiq edilən itkilər ancaq
Ermənistan Silahlı Qüvvələrinə məxsusdur. İşğal edilmiş ərazilərimizdən,
Dağlıq Qarabağdan olan və zorla cinayətkar silahlı dəstələrə cəlb
olunmuş ermənilər arasında itkilər isə gizlədilir, onların sayı rəsmi
açıqlanandan ən az iki-üç dəfə çoxdur. Müdafiə Nazirliyi bir daha
bildirir ki, işğalçı qüvvələr torpağımızdan çıxarılanadək bu cür
itkilərə daha çox məruz qalacaq və bütün bunlara, eləcə də baş verə
biləcək təxribatlara görə birbaşa və qeyd-şərtsiz Ermənistanın kriminal
hərbi-siyasi rejimi məsuliyyət daşıyacaq”.

 

Short URL: http://www.cumhuriyyet.net/?p=15583

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930