Azərbaycanda radikal vəhabilərin lideri Saakaşvilinin dostu imiş

22.01.2015 - 01:48

“Azərbaycanda radikal vəhabilərin lideri Veysel Orucov  Borçalının
Soğanlı kəndində yaşayır. O burada məscid tikdirib və Azərbaycan
radikalları buradan idarə edir. Əsasən Küveytdən maliyyə dəstəyi alır.
Radikallara qarşı çıxanları dərhal təqib edir. Onun Gürcüstan dövlət
təhlükəsizlik xidməti və gürcü siyasi elitası ilə sıcaq münasibətləri
var. Xüsusilə də Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili və onun
yaxın ətrafı ilə çox yaxındırlar”. Bu barədə Soğanlı kənd sakinlərindən biri məlumat verib.
Soğanlı
sakini deyir ki, o V.Orucovun radikallığına qarşı çıxdığı üçün kənddən
qovulub: V.Orucovun əleyhinə çıxan kənddən dərhal uzaqlaşdırılır.
Gürcüstan hakimiyyəti və xüsusi xidmət orqanları maraqlıdır ki,
radikallar, xavariclər V.Orucovun ətrafına toplansın. Bunua qarşı
çıxanları dərhal təqib edirlər. O radikalları Suriyaya cihada çağırır”.
Mediada  V.Orucovun dini qurumlara müdaxilə etdiyini, hətta
ardıcıllarına fitva verdiyi barədə məlumatlar yayılmışdı. Həmin
məlumatlara görə, V.Orucov Azərbaycandan Misir, Qətər və digər ərəb
ölkələrinə gizli şəkildə tələbələr göndərir: “V.Orucov Azərbaycandan
əsasən radikal fikirli təkfirçiləri və xəvaricləri təhsil almaq üçün
Misirə, Qətərə və digər ərəb ölkələrinə göndərir. Həmin radikal təhsil
görmüş insanlar da bir müddətdən sonra Azərbaycana qayıdır və Veysəlin
təlimatlarına görə hərəkət edirlər. Məsələn, Ləzgi məscidində Ləzgi Anar
kimi tanınan şəxs var. Bu adam məsciddə sərt rejim yaradıb. Camaatı
cümə namazı qılmağa məcbur edir. O, gənclərə valideynlərinin icazəsi
olmadan kəbin kəsir. Soruşduqda isə, “Onlar kafir olduğu üçün icazə
lazım deyil”. (istiqlal.az)

Short URL: http://www.cumhuriyyet.net/?p=15592

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728