Zabratda yüzlərlə insan etiraza qalxdı

22.01.2015 - 02:03

Zabrat 2-də yaşayan sakinlərin istəyi elektrik xətləri keçən dirəklərin qəsəbə daxilindən çəkilməməsidir. ANS TV-nin məlumatIna görə, qəsəbədə aparılan yenidənqurma işlərindən
narazı qalan 50-dən çox ailədir. Söhbət Sabunçu rayonu, Zabrat 2
qəsəbəsindən gedir. Ailələrin etirazına səbəb isə əvvəl yolun kənarında
olan elektrik xətləri keçən dirəklərin yerinin dəyişdirilərək qəsəbəinin
içərisinə yerləşdirilməsidir. Üstəlik narahat doğuran məqam evlərin
elektrik xətlərinin yaxınlığında yerləşməsidir.
“Çəkmələrinə etirazımız yoxdur, kabelləri yerin altı ilə çəksinlər. Belə
daha yaxşı olar. Küləkli havada bu alminium məftillər qırılıb yerə
düşəcək” – deyə şikayətçi Nəsibə Cavadova bildirib. “Bakıeletrikşəbəkə” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri
Tanrıverdi Mustafayev bildirdi ki, qəsəbədə abadlıq işləri aparılır. Bu
da Avropa Oyunları ilə əlaqədar olaraq reallaşmaqdadır:
“Bütün idman oyunlarının keçirildiyi ərazilərin və digər yerlərin
elektirik enerji xətlərinin yenidən qurulması, köhnə xətlərin yenilərilə
əvəz olunmasını qarşıya məqsəd kimi qoymuşuq”

Mətbuat xidmətinin rəhbəri onu da əlavə etdi ki, bu cür tədbirlər davamlı olacaq.
 

Short URL: http://www.cumhuriyyet.net/?p=15593

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728