Gəncə şəhər təhsil şefi Zakir Hüseynovun gizlinləri
olunan təhsil özbaşınalıqları digər şəhər və rayonları kölgədə
qoyur. Bu haqda Gəncədən azerinews.tv-yə göndərilən şikayət məktubunda belə
deyilir. Belə ki, Gəncə Təhsil şöbəsinə rəhbərlik edən Zakir Hüseynovun
öz vəzifə səlahiyyətlərinin öhdəsindən lazımınca gələ bilməməsi son
illərdə daha dərin problemlərə yol açmaqdadır. Gəncə təhsilində yarıtmaz
fəaliyyəti ilə ad çıxaran Ceyhun Mirzə adlı məsləhətçinin özbaşınalığı
isə şəhərdə geniş rezonans doğurub.İcra hakimiyyəti başçısı Elmar
Vəliyevə xəbərçilik etməklə məşğul olan Cehun Mirzə əslində təhsil şöbə
müdirinə qarşı təbliğat işləri apararaq məktəblərdəki özbaşınalıqların
genişlənməsində demək olar ki, katalizator rolunu oynayır.
Mirzə 2012-2013-cü il üçün Dövlət Qulluğu Komissiyası tərəfindən təşkil
olunmuş testdən keçə bilməsə də bunlara göz yumulması olduqca üzücü
faktdır.Məlumatlara görə onun Təhsil Şöbəsi ilə bağlamış olduğu müqavilə
müddəti də bitib.Mütamadi maşın alış-verişi ilə məşğul olur.Bu
adıçəkilən öz “kurasiyasında” olan Gəncə futbol təmayüllü gimnaziyada
dərs keçmədən havayıca maaş almaqdadır.Xalası Həsənova Elnarə də həmin
gimnaziyada texniki işçi kimi maaş almaqdadır.Bu təhsil müəssisəsində
100- dən artıq işçi var ki,bunlardan da 50-yə qədəri texniki işçidir.Bu
gimnaziya texniki işçilərin sayına görə bəlkə də dünyada birinci yerdə
dayanır. Özünə güvənən Ceyhun Mirzə son zamanlar AMİ-nin Gəncə
filialındakı yoxlamalarda canfəşanlıq etdiyini hər kəsə bəyan etməklə
guya Təhsil Nazirliyi tərəfindən xüsusi mükafata layiq görüldüyünü iddia
edir. Ceyhun Mirzənin Xədicə adlı həyat yoldaşı isə diplomsuz olsa da
İngilis təmayüllü məktəbdə müəllimlik edir. Təhsil Şöbəsinin katibəsi
haqqında da söz-söhbətlər dolaşır.Belə ki,Vəfa adlı katibə eyni zamanda
32 saylı məktəbdə idman müəllimi kimi qanunsuz maaş almaqdadır. Bundan
başqa 7 saylı orta məktəbin laborantı da qeyri-qanuni yollarla
birdən-birə təşkilatçı vəzifəsinə yüksəlib və diplomsuz dərs saatları
ilə təmin olunub…
çıxıb və bununla da Təhsil Nazirliyinin müvafiq təlimatları bilərəkdən
pozulub. Daha bir acınacaqlı vəziyyətsə məktəblərə məxsus ərazilərin
qanunsuz yollarla mənimsənilməsidir. Şəhərin 27,28,29,31 və 4 saylı
məktəblərin torpaq sahələri qanunsuz zəbt edilib və ərazilərdə müxtəlif
məqsədli tikintilər aparılıb.Təhsil şöbəsi isə olanlara göz yummaqdadır.
Özbaşnalığın həcmi 17 saylı məktəbi də bürüyüb,direktor Nigar xanımın
da pedoqoji təhsili yoxdur,sadəcə tələbədir.25 saylı məktəbin direktoru
isə ailə nomenklaturası yaratdığına görə əvvəlki direktorun qızı
tərəfindən dəfələrlə şəhər prokurorluğunda izahatlar verib. Məlumatlarda
bütün bu qanunsuzluqların və özbaşınalıqların arxasında təhsil şefi
Zakir Hüseynovun olduğu deyilir.(
Short URL: http://www.cumhuriyyet.net/?p=15594