Anti-islam blokunu ifşa edən şok statistika

22.01.2015 - 03:31

Bu ay baş
vermiş Charlie Hebdo qətliamı kimi hay-küylü hadisələrə görə, dünya
islamçıların törətdikləri qətllərdən yaxşı xəbərdardır. Lakin Paris
qətllərindən dərhal sonra bir Paris imamı BBC-yə demişdi ki, dünya boyu
törədilən terror hadisələrində qurbanların 95 faizi müsəlmanlardır. Bu
doğrudanmı belədir? BBC-nin “More or Less” (Az ya çox) proqramı
rəqəmlərə nəzər salıb.

2005-ci ilin
14 fevralında Livanın keçmiş baş naziri Rafiq Həririnin ölümünə səbəb olmuş
güclü avtomobil bombasının krateri. ANWAR AMRO/AFP/Getty Images

CharlieHebdo
qətllərinin ardınca, Parisdə Hassen Chalghoumi adlı bir imam BBC-yə demişdi ki,
dünya boyunca terrorizm qurbanlarının 95 faizi müsəlmanlardır.

Bu iddia
qərblilərə təəccüblü görünə bilər, çünki terror deyəndə, onlar dərhal Charlie
Hebdonu, 2007-ci ilin iyulunda Londonda baş vermiş abtobus partlayışlarını,
Madriddə qatar partlayışlarını və əlbəttə 11 sentyabr terror aktlarını yada
salırlar.

2001-ci il
sentyabrın 11-də Nyu York şəhərində iki qaçırılmış təyyarənin çırpıldığı Dünya
Ticarət Mərkəzinin qoşa göydələnləri belə tüstülənirdi. (Foto Robert
Giroux/Getty Images)

Bu
hücumlardan məqsəd diqqəti cəlb etmək idi və buna nail olunmuşdu. Bu hücumların
nəticəsində müsəlmanların da həlak olmasına baxmayaraq, qurbanların əksəriyyəti
müsəlmanlar deyildi.

Elə isə 95
faiz statistikası nə dərəcədə doğrudur? BBC-nin
“More or Less” proqramı rəqəmlərə nəzər salıb.

Proqram aşkar edib ki, 95 faiz rəqəmi ABŞ hökumətinə aid sənəddən, Milli
Anti-Terrorizm Mərkəzinin 2011-ci ildə dərc olunmuş hesabatından gəlir.

Orada deyilir: “Terror tələfatının dini mənsubiyyətinin müəyyən olunduğu
hallardan bəlli olur ki, son beş ildə terrorla bağlı ölüm hadisələrində zərər
çəkmiş müsəlmanların sayı 82 faizlə 97 faiz arasında təxmin edilə bilər”.

Elə isə bu statistika Paris imamının dediklərini geniş təsdiq edir. Lakin
burada işlədilmiş “terror tələfatının dini mənsubiyyətinin müəyyən olunduğu
hallarda” cümləsinin izahata ehtiyacı varmı? Qlobal terrorun qurbanları
haqqında konkret bir rəqəm demək üçün, biz dini mənsubiyyətin əksər, yoxsa bəzi
hallarda müəyyən edildiyini bilməliyik.

Pakistanın təhlükəsizlik rəsmiləri 28 dekabr 2009-cu ildə Kəraçidə şiə dini
mərasimi zamanı törədilmiş bomba partlayışının yerini müayinə edirlər. Bu
partlayış zamanı 20 nəfər həlak olmuş, onlarca insan yaralanmışdı. (Foto ASIF
HASSAN/AFP/Getty Images)

Merilend Universitetində bir qrup kriminalist və statistin yaratmış olduğu
Qlobal Terrorizm Məlumat Bazası (The Global Terrorism Database) artıq 40 ildir
ki, mövcuddur və hazırda ABŞ hökumətinin istinad etdiyi rəsmi mənbə sayılır. Bu
məlumat bazası hücumların baş verdiyi yerlərdən alınmış minlərlə media xəbərlərindən
tərtib edilir.

Məlumat bazası terrorizmin təfsiri üçün xüsusi metodologiyaya malikdir. Bu
məlumat bazasına daxil edilməsi üçün hər hansı hücum qəsdən törədilmiş, zorakı
və ya təhdidedeci olmalıdır. Bu hücumları törədənlər hökumətə bağlı şəxslər ola
bilməz.

Əlavə əlamətlər siyasi, iqtisadi və ya dini məqsədlərin, təkcə qurbanlara
deyil, daha geniş ictimaiyyətə mesaj cəhdinin olmasıdır. Qanuni müharibə
kontekstindən kənarda baş verən hər hansı zorakı aktlar da bura daxildir.

Lakin Merilend Universitetindəki qrup media xəbərlərinə istinad edir, bu
xəbərlərdə isə çox hallarda qurbanların dini mənsubiyyəti barədə məlumat
verilmir.

2007-ci ilin martında törədilmiş avtomobil bomba partlayışının tüstüsü
Bağdaddakı Bab əl-Müəzzəm məsçidini bürüyür. (Foto PATRICK BAZ/AFP/Getty
Images)

Lakin daha çox dinə aid deyil, çoğrafiyaya aid faydalı informasiya hər
halda mövcuddur.

2004-2013-cü illər arasında olmaqla son onillikdə bütün terror hücumlarının
50 faizi və bu hücumların törətdiyi ölün hadisələrinin 60 faizi cəmi üç ölkədə
– İraq, Əfqanıstan və Pakistanda baş verib.

“Bunlar əhalisinin əksəriyyəti müsəlman olan ölkələrdir və biz bilirik ki,
hücumların 80-90 faizi beynəlxalq yox, yerli hədəflərə malik olub” – deyir
Merilend Universitetindəki qrupun rəhbəri Erin Miller.

Buna görə də tələfat mülki əhalini əks etdirir və terror hücumlarının ən
qızmar nöqtələrinin əksəriyyəti müsəlmanlar olan ölkələrdə yerləşdiyindən, həm
hücum edənlərin, həm də mümkün qurbanların əksəriyyəti müsəlmanlardır.

Əldə olan ən son məlumatlara görə 2004-cü ildən başlayan son onillikdə
Birləşmiş Krallıq 400 terrorçu hücuma məruz qalıb. Bunların əksəriyyəti Şimlai
İrlandiyada baş verib və heç biri tələfatla nəticələnməyib. ABŞ 131 hücuma
məruz qalıb. Bu hücumların 20-dən azında ölüm hadisəsi qeydə alınıb. Fransaya
47 dəfə hücum edilib.

Lakin İraqda bu müddətdə 12 min hücum baş verib və onlardan 8 mini ölümlə
nəticələnib.

Erin
Millerin bu informasiyaya söykənən hesablaması göstərir ki, 95 faiz rəqəmi bir
az yüksək görünə bilər, lakin təxminən həqiqətə uyğundur.(BBC Azərbaycanca)

 

Short URL: http://www.cumhuriyyet.net/?p=15596

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728