Türkiyədən Putinə mesaj
Poroşenko ilə görüşdə Ukraynanın müstəqilliyini və ərazi bütövlüyünü
dəstəklədiyini bildirib.
məlumatına görə, Ukrayna prezidentinin mətbuat xidməti bildirib ki,
Əhməd Davutoğlu deyib: “Ukraynanın müstəqilliyi və ərazi bütövlüyü
yalnız sizin üçün deyil, həm də dünya üçün əhəmiyyətlidir. Ukrayna və
onun sabitliyi Qara dəniz regionu üçün əsasdır. Türkiyə Krımın zəbt
edilməsini, ilhaqını tanımır. Biz Krım məsələsini həmişə gündəlikdə
saxlayacağıq.”
təhlükəsizliyin təminatı məsələlərində səylərin birləşdirilməsinin
vacibliyini söyləyib. O deyib ki, insanların narahatlığına, krım
tatarlarının hüquqlarına riayət olunmalıdır: “Bu gün krım tatarları
böyük təzyiq altındadırlar və dəstəyə ehtiyac duyurlar.”
ikitərəfli əməkdaşlığın, xüsusilə hərbi-texniki sahədə və energetika
sektorunda əlaqələrin gücləndirilməsi, Ukraynanın Türkiyənin islahatlar
təcrübəsindən yararlanması və s. məsələlər müzakirə olunub. Həmçinin
Beynəlxalq Valyuta Fondu və Türkiyə sərmayəçilərlə əməkdaşlıq
çərçivəsində Ukrayna iqtisadiyyatına maliyyə köməyi haqqında söhbət
gedib.
ölkənin maliyyə və energetika nazirlərinin yaxın vaxtlarda görüşməsi
barədə razılıq əldə ediblər.
Short URL: http://www.cumhuriyyet.net/?p=15599