Avropa İttifaqı Rusiyadan enerji asılılığına son qoymaq üçün tədbirlər görəcək
rəhbəri Federika Mogerini Rusiyadan enerji asılılığına son qoyulması
üçün tədbirlər həyata keçirildiyini bildirib.
“RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu F. Mogerini ilə
Vaşinqtonda keçirdiyi görüşdən sonra ABŞ dövlət katibi Con Kerri deyib.
“Problem bundadır ki, Rusiyadan enerji ehtiyatlarının nəqlinin yeganə
yolu Ukraynadan keçir. Biz ətraflı planlar irəli sürdük və ali nümayəndə
məni əmin etdi ki, Avropa enerji müstəqilliyinə nail olmaq üçün artıq
bugündən fəaliyyət göstərir. Az asılılıq az zəiflik deməkdir və bu, həm
Avropa həm də ABŞ üçün yaxşıdır”, – deyə o, söyləyib.
ki, Avropa İttifaqının liderləri Avropa Komissiyasına Enerji
İttifaqının yaradılması haqda 2015-ci ilin martına qədər qanun layihəsi
təqdim etməyi tapşırıblar.
Short URL: http://www.cumhuriyyet.net/?p=15602