UCUZ NEFTİN FƏSADLARI: BP Azərbaycanda da ixtisarlara başladı

22.01.2015 - 11:52

Dünya bazarlarında neftin ucuzlaşmasına görə işçilərinin
sayını azaltmağa qərar verən BP şirkəti Azərbaycanda da ixtisarlara
başlayıb.

“BP-Azerbaijan” şirkəti işçilərindən bir hissəsini ixtisar edib, özü də qəfildən və əvvəlcədən xəbərdarlıq etmədən.

Bu barədə virtualaz.org saytına Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı məlumat verib.

Hüquq müdafiəçisinin sözlərinə görə, “BP-Azerbaijan” şirkətinin
Təchizat Bazasında (ASKO) işdən çıxanlara bildirişlər təqdim olunmayıb.
Halbuki Əmək Məcəlləsinin tələblərinə görə, işçi iki ay əvvəldən
xəbərdarlıq almalıdır. Şirkət ixtisar adı ilə işçiləri qanunsuz işdən
çıxarıb. Buna görə də “BP-Azerbaijan” şirkəti məhkəməyə veriləcək.

M.Qəhrəmanlı işdən çıxarılanların sayının dəqiqləşdirildiyini dedi.

Qeyd edək ki, BP bundan əvvəl Şotlandiyanın Aberdin şəhərindəki
qərargahında bir neçə yüz işçini ixtisara salıb. Analitiklər bunu BP-nin
neftin qiymətlərinin yaxın vaxtlarda artacağına inanmamasının sübutu
kimi qiymətləndirirlər.

Aberdin ofisi BP üçün böyük əhəmiyyətə malik mərkəzdir və oradakı
qərargahda 4 min işçi çalışır. Bu mənada bir neçə yüz işçinin ixtisarı
çox görünməsə də rəmzi xarakter daşıyır.

Short URL: http://www.cumhuriyyet.net/?p=15603

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930