Putin Sərkisyanın ağzını yumdu

22.01.2015 - 12:38

 

Ermənistanın Gümrü şəhərində 7 nəfəri öldürmüş rus əsgər Rusiya məhkəməsində mühakimə ediləcək.Bu barədə Rusiya prezidentinin mətbuat
katibi Dmitri Peskov Ermənistanın “Qala-TV” telekanalına bildirib.
“Məhkəmə Rusiyaya məxsus olacaq və Rusiya qanunverijiliyi bu kimi
dəhşətli cinayətlərə qarşı çox amansızdır”, – deyə Peskov vurrğulayıb.

Bununla da, ermənilərin rus əsgərə
Ermənistanda divan tutmaq niyyətinin üzərində xətt çəkdi. Moskva
Rusiyanın hazırkı Konstitusiyasına istinadən bildirir ki, Rusiya
vətəndaşı mühakimə olunmaq üçün heç bir halda başqa bir ölkəyə təslim
edilə bilməz.

Ermənilər Avetisyanlar ailəsinin qatili
olduğu iddia edilən Valeri Permyakovun erməni məhkəməsinə verilməsini
tələb edirdilər. Ermənistan İstintaq Komitəsi də Valeri Permyakova qarşı
cinayət işi qaldırıb. Komitə onu Ermənistan Cinayət Məcəlləsinin 104-cü
maddəsi ilə istintaqa cəlb etmək istəyir. 

Rusiyanın 5-ci qarnizon məhkəməsi əsgərə
qarşı Rusiya Federasiyasının Cinayət Məcəlləsinin iki maddəsi əsasında
qətlə və fərariliyə görə cinayət işi qaldırılıb.Valeri Permyakovun yanvarın 12-də Gümrü
şəhərində Avetisyan ailəsinin 6 üzvünü qətlə yetirdiyi iddia edilir.
Hadisıə zamanı yalnız 6 yaşlı Seryoja sağ qalmışdı. Bu günlərdə
dünyasını dəyişmiş Seryoja Gümrüdə dəfn edilib. Valeri Permyakovun
Ermənistan – Türkiyə sərhədində yerləşən Bayandur kəndində Rusiya
sərhədçiləri tutulduğu bildirilib.

Hadisə Ermənistanda Rusiya hərbi bazasına
qarşı ciddi etirazlara səbəb olub. Yüzlərlə insan İrəvandan Gümrüyə
axın edərək hərbi bazanın və Rusiya konsulluğunun qarşısında etiraz
mitinqi keçirir. Hazırda davam edən aksiyada etirazçılarla polis
arasında qarşıdurma yaşanır. Aksiyada Rusiya bayrağı ayaqlar altına
atılaraq tapdanıb.

 

Short URL: http://www.cumhuriyyet.net/?p=15606

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930