ŞOK: Müəllimə Təhsil Nazirliyi qarşısında intihar anonsu verdi

22.01.2015 - 15:00

Mingəçevir şəhər sakini, ali təhsilli müəllimə Zoya Süleymanova tərəfindən cumhuriyyet.az saytının elektron poçtuna şikayət məktubu daxil olmuşdur. Üzləşdiyi qanunsuzluqlardan bəhs edən Zoya xanımın məktubunda Müəllimlər İnstitutu Mingəçevir
filialının sabiq , Zaqatala filialının indiki direktoru Orucəli Rzayev haqqında ilginc faktlar yer alır. Haqsızlıqdan bezən Z.Süleymanova artıq intihar həddinə çatdığını bildirir: ” İntihar həddiindəyəm. Sizə br azərbaycanlı qadın, ana kimi müraciət edirəm mənə kömək edin  mənim haqq səsimin lazımı instansiyaılara çatdırılmasında yardımçı olun. müracətimi yazılı  və viideo şəklində göndərirəm Xahis edirəm yazın Əgər şıkayətimə baxilmasa Təhsil Nazirlyinon qarşısında intihar edəcəm.Məni intihara təhrik edənlərlə bağlı məktubumu Baş prokurora gondərirəm”.

Həmin məktubu olduğu kimi diqqətinizə çatdırırıq:

“Möhtərəm
Prezident və Azərbaycanın Birinci xanımı
hörmətli Mehriban xanım! Sizə təkrar
müraciət edirəm.

Mən AMİ Mingəçevir filialında aylar öncə ixtisar adıyla işdən azad olma
təhdidi altında Sizə müraciət etmişdim. Mənim video müraciətimdən sonra filialda ixtisar söhbəti dayandı. Lakin Müəllimlər İnstitutu Mingəçevir
filialının sabiq , Zaqatala filialının indiki direktoru Orucəli Rzayev məni məhkəməyə
verib, 500000 manat təzminat qoyub. Haqqını tələb etməyin bədəli
500000-dirmi? Mən onun şərəf və ləyaqətini alçaldan nə demişəm ki ? Məndən
4000 manat ixtisar adıyla istəyib mən isə borc xərc edib 1000 manat vermişəm. Tək mən yox filialın
bütün əməkdaşları verib. Lakin heç kəs ixtisara düşməyib. O zaman mən öz ərizəmdə
də ixtisara düşdüyüm üçün məni kitabxanmaya keçirin yazmışam.500.000
manat özü gülünc səslənir.Orucəli müəlliməməndən aldığı 1000 manat az idi mi? İndi də ayda 120 manat əmək
haqqı alan bu ayınəvvəlindən ayın sonuna
zorla çatdıran adamdan haqsızikən 500.000 manat tələb edir?

Məhkəməyə şahidlərim gəldi, onlar da
bildirdilər ki ,ixtisara düşməmək üçün
pul veriblər. Məhkəməyə daha çox adam gələrdi, lakin hamı işindən azad
olmaqlarından qorxur. Məhkəmə prosesi zamanı mənim şahidlərimə
təzyiq oldu.Şahidə proses zamanı bildiriş verdilər ki, ” sizi də Orucəli müəllim
məhkəməyə verib”. Mən etirazımı bildirəndən sonra ki, bu şahidimə təziqdir,
bundan sonra şahid dinlənildi. Mənim məhkəmə iclasımda şahidə qarşı Rzayevin ərizəsinə
əsasən işi ilə bağlı gün də təyin edildi. Belə iş olar? Bu hansı qanuna
sığır?Audit aktının əslinin gətirilməsi ilə bağlı vəsatət yazmışam. Məhkəmə prosesində katib mənə deyir
ki, burda verə bilməzsiniz, vəsatət poşt
ilə göndərilməlidir. Indi isə gecikmisiniz. Bu hansı qanunvericiliyə sığır?

Mən ali təhsilliyəm, 15 ildir ki ali təhsil
miəssisəsində işləyirəm,8 il dəftərxana müdiri işləmişəm. Ərizə yazıb iş
materialları ilə və protokollarla tanış olmaq istəyirəm, icazə vermirlər. Qərar
verməliydilər, vaxt təyin ediblər.Getmişəm, katib deyir ki qaralama yazmışam,
vaxtım yoxdu köçürməyə. Məhkəmə zalında şahidim Sevinc Məmmədova –filialın əməkdaşı
ixtisarla bağlı pul verdiyini və mənim dəborc axtardığımın şahidi olduğunu qeyd etdi. Bu halda hakim sual verdi:
“Zoya xanım sizin yanınızda pul verib?” Kimkimin yanında pul verir , kim
kimin yanında rüşvət verir?Sevinc xanım bildirdi ki hamı təklikdə verib. Mən dəfələrlə
tələb etdim ki, Orucəli Rzayevin curəti çatırsa özü məhkəməyə gəlsin və mənim
gözümün içinə baxıb desin ki ,səndən pul almamışam, amma o məhkəməyə gəlmədi.
Şahid Sevinc Məmmədova qeyd edir ki, “adıma 500 vərəqdən ibarət 500 paşka kağız
yazılıb, bəzi sənədlərdə yerimə imza atıblar, bəzi sənədlərdə sıfırlar
artırıblar, audit aktında hamısı var”. Hakim sual verir ki, elə audit aktı
varsa bəs Orucəli Rzayev niyə indiyə kimi Zaqatala filialında direktor işləyir,niyə
Korrupsiyaya qarşı Mübarizə idarəsi ona cinayət işi açmayıb? Mənə hələ də bu
sualın bizə nə məqsədlə verilməsini anlamıram…

Məhkəmə prosesində əyləşən, heç nədən xəbəri
olmayan insanların (zalda onlarla adam vardı) Orucəli Rzayev haqqında , onun fəaliyyəti
haqqında kifayət qədər təsəvvürü oldu Mənim birinci müraciətimdən sonra filiala
bir nəfər yoxlama gəldi. O da filialın
direktoru Rasim Şükürov və baş mühasib
Heyran Şikarovanın kimləri dedisə,qabaqcadan
təlimatlandırıb göndərdilər,onlardan izahat aldı. Orucəli müəllimin vəkili
Ruhiyyə xanım məhkəmə prosesi zamanı bildirdi ki, biz Maliyyə Nazirliyindən
komissiya gətirmişik, o, audit aktını ləğv edib. Mən inanıram ki, Orucəli
Rzayev komissiya gətizdirə bilər,amma mən anlaya bilmirəm ki, audit aktını necə
ləğv eləmək olar? Onda məni niyə məhkəməyə verir? Audit aktını tərtib edən4 nəfər maliyyə mütəxəssisini məhkəməyə versin. Mən filialın kitabxanasında
işləyirəm.Onlarla ciddi maliyyə pozuntusundankitabxanayla bağlı olanı qeyd edirem Prezident ,H.Əliyev fondu tərəfindən
hədiyyə olmuş kitablari belə qiymətləndirilb,
vəsaiti mənimsəyiblər.Hədiyyə kitablara n necə qiymət qoyula bilər?Dəftərxanada yoxlama zamanı hamı gördü ki, köhnə möhürun vaxtında təzə, təzənin vaxtında
köhnə möhürlü əmrlər var, əmr kitabları dəyişdirilib. Həmin saxtalığın üstünü
örtüb, mənə niyə zülm verirlər? Məni
susdurmaq üçün 500.000 manat təzminat qoyur.Orucəli Rzayevin təhsilə ləkə olan əmməllərini bütün şəhər bilir. Müəllimlər institutunun
filialları bilir.Yoxsa O bütün Azərbaycanı da məhkəməyə verəcək?

Mən yenə bir daha Ökə Başçıma ,möhtərəm Prezidentimə müraciət edirəm.
Mehriban xanıma, Ədliyyə Nazirliyinə, Təhsil Nazirliyinə müraciət edirəm. Mənim
harayıma səs versinlər, mənə kömək etsinlər. Bu qanunsuzluğa, özbaşınalığa son
qoyulmasını təmin etsinlər.

Orucəli
müəllimin pulu, arxası var deyə məni kimilərini əzməlidirmi?
Mənii intihara təhrik edənlər,dövlət vəsaiytiini mənimsəyənlər niyəcəzlanmır ,əksinə Orucəli Rzayevin mənimsəmə sənədlərin saxtalaşdıranlar filialda at oynadırlar.

Iddia ərizəsində mən professoram,direktor
işləyirəm yazır,məni isə aşağilayır.Mən professor
deyiləm, amma onu kimi baş müəllim adını
500 manata satmamışam.Baş mühasıblə əlbir olub işçilərimin adına mal -material
yazıb yerinə imza edib.,dövlətin pulunu mənimsəməmişəm.İxtsar adı ilə millətin
pulunu yığıb,ah- nalə yiyəsi olub, gələnin-
gedənin cibinə pul basıb əməllərmi ört- basdır etməmişəm. Rusiya
Federasiyasında olan tələbəyəni ruşvət alıb aylığa buraxaraq kursdan –kursa
keçırməmişəm.Filalın həyətində xadimələrə
soyuq suda filialın xalılarını ğözümüzün qarşısında yuduzdurub, kvadratı 10
manatdan yazıb işbazların firmalarına kecirib vəsaitini mənimsəməmışəm.Hələ nələr-
nələr……

Mənə yarım mılyon manat təzminat qoyub,məndən
aldiğı 1000 manat azlıq etdi?

Mən Rokfeylerin
nəvəsi,ərəb şeyxinin qızı deyiləm. Ayda 120 manat əmək haqqı aliram.Böyük Vətən müharibəsində Vətən uğrunda
igidliklə 1945-ci ildə Polşada həlak olmuş Sovet İttifaqı qəhrəmanı Qolovçenko
İvan Qavriloviçin nəvəsiyəm. Bakı şəhərin metropoliteninin tikintisində əməyinə
görə Ulu Öndərimiz H.Əliyev tərəfindən medalla təltif olunmuşdur Süleymanov
Cuma Cümşüd oğlunun qızıyam. Mingəçevirdə
mənim atama dürüstlüyünə görə qızıl Cuma deyərlərdi.Ayda 120 manat əmək haqqı
aliram , bu ayın əvvəlindən ayın sonuna zorla çatdıriram. Əməyimlə yuxuma haram qatıb,barmaqlarımın ucunu iynə deşık-deşık edərək əl işlərimi sataraq
övladıma halal çörək yedizdirirəm.Mən, Orucəli Rzayev kimi professor deyiləm,
amma mənim də ləyaqətim, mənliyim var. O, təhsil işçisinə, müəllimə ,
professora yaraşmayan şəkildə iddia ərizəsində məni alçaldıb.

Cənab
Prezident, bu aylar boyu mənə olunan bu misilsiz zülmə son qoyulmasını
və günahkarların cəzalandırılmasını Sizdən
xahiş edirəm, çünki bu şəxslər vətəndaşların dövlətə, ədalətə inamını
sarsıdırlar.Öz qanunsuz əməlləri ilə İnsanları intihara təhrik edirlər.

Short URL: http://www.cumhuriyyet.net/?p=15614

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930