Füzulidə daha bir qəsəbəyə mavi yanacaq verildi

22.01.2015 - 15:10

Füzuli
rayonunun 3 в„–-li Qayıdış qəsəbəsinə təbii qazın verilməsi münasibəti ilə tədbir
keçirilmişdir.Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, “Azəriqaz”
İstehsalat Birliyinin nümayəndələri, rayonun
idarə, müəssisə, hüquq mühafizə orqanlarının rəhbərləri və ictimaiyyət nümayəndələri
iştirak etmişlər.

Füzuli
rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev açılış mərasimində çıxış edərək əhalinin
təbii qaza olan təlabatını təmin etmək məqsədi ilə ölkəmizdə genişmiqyaslı işlər
həyata keçirildiyini bildirmiş, uzun müddət təbii qaz almayan yaşayış məntəqələrinin
“mavi yanacaq”la təmin olunduğunu vurğulamışdır.

Rayonda
həyata keçirilən infrastruktur layihələri, o cümlədən kənd və qəsəbələrin
qazlaşdırılması barədə danışan Alı Alıyev qeyd etmişdir ki, cənab İlham
Əliyevin tapşırıqlarına və Dövlət Proqramına uyğun olaraq rayonun
qazlaşdırılması yaxın günlərdə başa çatdırılacaq və yaşayış məntəqələri mavi
yanacaqla təmin ediləcəkdir. Alı Alıyev qəsəbə sakinlərini əlamətdar gün
münasibəti ilə təbrik etmişdir.

Bildirilmişdir
ki, 3 в„–-li Qayıdış qəsəbəsinin işıq, su, qaz ilə bağlı
sosial qayğıları tam həll olunub, əhali məcburi köçkünlər üçün nəzərdə tutlan
bütün imtiyazlardan istifadə edirlər. Qəsəbədə məktəb, uşaq bağçası fəaliyyət
göstərir, torpaq islahatı aparılıb, hər bir məcburi köçkün pay torpağı ilə təmin
olunub.

Qeyd edək ki, 200 abonentin olduğu 3 в„–-li Qayıdış qəsəbəsinə
7816 metr uzunluğunda birpilləli sistem əsasında
müxtəlif diametrli polad və politilen borularla daşıyıcı və məhəllə daxili qaz
kəmərləri çəkilmiş, 200 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılmışdır.

Mərasimdə çıxış edən qəsəbə sakinləri göstərilən
diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.

Sonda rəmzi məşəl yandırıldı və evlərə mavi
yanacağın verilməsinə baxış keçirildi.

Short URL: http://www.cumhuriyyet.net/?p=15616

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930