Bizə dəstək verənlərin bayrağı və düşmənimizin dostunun incikliyi

16.10.2020 - 11:08

Bu şəkil 2 gün öncə – yəni oktyabrın 14-də Ağ Evin önündə Gəncədə yaşanan qətliam başda olmaqla, bir neçə şəhər və yaşayış məntəqələrimizdə Ermənistanın rus raketləri ilə mülki əhalimizi qətlə yetirməsinə, Ermənistanın terrora bərabər hərbi cinayətlərinə etiraz əlaməti olaraq keçirdiyimiz aksiyada çəkilib.

Sosial mediada yayılan bu fotonu Azərbaycanın ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiri Elin Süleymanov da öz Twitter hesabından paylaşıb.

Bu paylaşımdan bir qədər sonra bir neçə hesabdan Elin Süleymanov linç edilməyə başlandı. Onu “İsrailin xidmətçisi”, “sionizmin uşağı” adlandıran, eyni mərkəzdən idarə edildiyi və ya əmr aldığı şübhə doğurmayan Twitter hesabları iftira və təhqirlər yağdırmağa başladılar.

Sözügedən aksiyanın baş tutmasında rolu olan birisi olaraq ilk öncə bunu demək istəyirəm ki, aksiyanın təşkilində Azərbaycanın ABŞ-dakı səfirliyinin və şəxsən Elin Süleymanovun heç bir rolu yoxdur və ola da bilməz. Biz Amerikadakı Azərbaycan İcmasının təmsilçiləri olaraq haqqımızın kimsənin adına yazılmasına razı ola bilmərik.

Aksiyamız bir neçə şəxsin təşəbbüsü və bu təşəbbüsə dəstək verən icma nümayəndələrimizin fədakarlıqları nəticəsində qısa müddət ərzində hazırlanıb və baş tutub. Bizlər, ən azından Gəncədə barbarcasına törədilən qətliama seyrçi qala bilməzdik.
Bəzilərini narahat edən İsrail bayrağı məsələsinə gəlincə isə, mitinqin təşkilatçılığını könüllü şəkildə öz üzərinə götürən dostlarla bir araya gəldiyimizdə qərara vardıq ki, aksiyada əsasən Azərbaycan bayraqları üstünlük təşkil etsin, bundan əlavə bir neçə Türk (Türkiyə Cumhuriyyəti) bayrağı olsun, bir də bizə Qarabağ məsələsində hər zaman dəstək verən, özəlliklə ermənilərin 27 sentyabrda saldırıları ilə başlayan bu son savaş sürəcində Azərbaycanın yanında olan, açıq dəstəyini əsirgəməyən Pakistan, Ukrayna və İsrail dövlətlərinin də hər birisindən 1 ədəd olmaqla, bayraqlarını gətirək. Bundan başqa, təbii ki, işin etikasına uyğun olaraq aksiyanı keçirdiyimiz ölkənin – Amerikanın bayrağı da vardı.

Amma nədənsə Ermənistanın panzəhri rolunda çıxış edənlərfən bəslənən bu iftira və şərçilərin gözü sadəcə İsrail bayrağını “görüb”.

Şəkildən də göründüyü kimi, Azərbaycan, Türkiyə və İsrail bayraqlarını çiyinlərinə sarmış gənclər kameraya birlik və bərabərlik pozası veriblər. Təbii ki, bu şəkildə Pakistan və Ukrayna bayraqları da olsaydı daha gözəl bir tablo ortaya çıxardı. Şəxsən mən bu gənclərin belə bir foto çəkdirdiklərini görsəydim, xahiş edərdim ki, Pakistan və Ukrayna bayraqlarını da gətirsinlər və o cür çəkdirsinlər şəkli.. Amma 300-400 nəfərin iştirak etdiyi aksiyada spontan baş verən hər olayı kontrol etmək mümkün deyil ki.

photo_2020-10-16_10-41-36.jpg (58 KB)

3 gəncin səmimi bir şəklini müstəqil bir dövlətə qarşı çirkin kampaniyaya döndərməyin adı özündə erməniliyi də ehtiva edən bir alçaqlıq deyilmi?

Şəxsən məndə ən çox narahatlıq doğuran məqamlardan biri nədir, bilirsinizmi? Bu Twitter hesablarının bir çoxunun Türkiyədən idarə edilməsi və tvitlərin Türkiyə türkcəsində atılması.

Misal üçün, “Küdüs Tv” , “Halkın platformu” və adını unutduğum bir neçə başqa Twitter hesaplarından yayılan mesajlardan, işin əslinin nə olduğunu bilməyən sadə insanlarda belə təəssürat yarana bilər ki, bu sanki Türkiyə Cümhuriyyətinin mövqeyidir.

Oysa ki, misal üçün “Küdüs Tv”, guya Türkiyədəki şiə-cəfəri məzhəbli soydaşlarımıza xitab edir, amma quyruqları Quma,Tehrana – İranın şeytansifət və erməni dəstəkçisi ayətullahlarına bağlıdır.

“Halkın platformu” adlı Twitter hesabı isə İran dəstəkli Hizbullah teror təşkilatının qeyri-rəsmi Türkiyə qanadı sayılan Hüda-Par adlı partiyaya bağlıdır.

Bunların əsas məqsədləri ermənilərə açıq və ya dolaylı dəstək vermək, eyni zamanda Türkiyə-Azərbaycan qardaşlığına mümkün qədər zərbə vura bilməkdir.

Son zamanlarda daha da DƏRİNləşən Türkiyə-Azərbaycan işbirliyi İranın bəzi dairələrini çox ciddi şəkildə rahatsız edir.

Bu gün Türkiyənin öz torpaqlarını pulla yəhudilərə satıb Danimarka başda olmaqla Avropada, Amerikada və sairə ölkələrdə lüks həyat sürən Fələstin ərəblərindən dolayı – o ərəblər ki, ilk fürsətdə Osmanlını xaincəsinə arxadan xəncərlədilər, Türk əsgərinə güllə, ingilis əsgərinə çiçək atdılar – İsraillə soyuq ola bilər, amma bu soyuqluq müvəqqətidir.

Türkiyəni dünyada sayğın gücə çevirən dövlət ağlı, əlbəttə ki, Fələstinin nankor yönətiminin həm də erməni sevdalısı olduğunu bilməmiş deyil.

Türkiyədə hər halda bunu da anlayanların sayı kifayət qədərdir ki, əksər uluslararası platformalarda ərəblər Türkiyəyə qarşı fəaliyyət göstərdikləri halda, erməni diasporu ilə ciddi rəqabət halında olan yəhudi diasporu qondarma erməni soyqırımı yalanına qarşı Türkiyənin ən böyük dəstəkçisi ola bilər.

Biz Türkiyə-Azərbaycan (Türk Dünyası) və İsrail işbirliyi və dostluğunun hər iki tərəfin faydasına olduğunu açıq söyləməkdən çəkinməməliyik və nəyinsə xətrinə bunu gizlətməli deyilik.

Bu mənada Azərbaycanın xarici siyasəti çox düzgün qurulub və təməli hələ Elçibəy dönəmində atılan Türk Dünyası və İsraillə dostluq və işbirliyi xətti Elçibəydən sonra – Heydər və İlham Əliyevlər dönəmində də qorundu.

 

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=156165

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930