VHM-in ofisində Azərbaycan-ABŞ münasibətlərinə dair dəyirmi masa keçirilib

22.01.2015 - 15:46

21
yanvar 2015-ci il taricdə Vətəndaş Hüquqlarının Müdafiəsi Naminə Hüquq
Müdafiə Təşkilatının ofisində Azərbaycan-ABŞ münasibətlərinə dair
dəyirmi masa keçirilib. Tədbirdə çıxış edən VHM sədri Elnur Məmmədli
bildirib ki, Azərbaycan-ABŞ münasibətlərində yaranmış gərginliyin aradan
qaldırılması tərəflərin hər ikisi, xüsusiylə Azərbaycan üçün
lazımlıdır. O daha sonra bildirib ki, Qafqaz kimi geosiyasi maraqların
toqquşduğu coğrafi məkanda Azərbaycanın müstəqilliyini qoruyub saxlaya
bilməsi üçün həm ABŞ, həm də avropa ölkələri ilə səmimi münasibətlərini
qoruyub saxlaması həyati əhəmiyyət kəsb edir.

Daha sonra tədbirdə çıxış edən ziyalılar Azərbaycanın bir sıra siyasi
və ictimai xadiminin son dönəmlər ABŞ-a qarşı başladılmış kompaniyanın
tərkib hissəsinə çevrilmələrini pisləyblər. Tədbirdə həmçinin
Azərbaycanın suverenliyinin qorunmasının da ümdə vəzifəmiz olduğu
vurğulanıb.

Sonda dəyirmi masa iştirakçıları tədbirin yekunu olaraq bəyanat qəbul ediblər.
Azərbaycan- ABŞ münasibətlərinə dair Vətəndaş Hüquqlarının Müdafiəsi Naminə Hüquq Müdafiə Təşkilatının Bəyanatı
İnsan
hüquqlarının müdafiəsi təşkilatı olaraq, hesab edirik ki, son vaxtlar
yaranmış Azərbaycan- ABŞ münasibətlərindəki gərginliyə son qoyulmalıdır.
Azərbaycan müstəqillik əldə etdikdən sonra Qərb modelini seçib.
Dünyanın aparıcı dövləti olan ABŞ-la bütün sahələr üzrə ikitərəfli
münasibətlər qurulub, o cümlədən də insan hüquqları sahəsində əməkdaşlıq
etməyə başlayıb.
Son
günlər ABŞ və Azərbaycanın icitmai-siyasi xadimləri və KİV qarşılıqlı
olaraq ittihamlar səsləndirməyə başlayıblar. ABŞ-ın bir neçə
konqresmeni, keçmiş diplomatları Azərbaycanı kəskin tənqid edərək,
Konqresdə Azərbaycanla bağlı dinləmələr keçirilməsini tələb ediblər.
Onlar, Azərbaycanda insan hüquqlarının kobud pozulması, siyasi
məhbuslar, seçkidəki nöqsanlar və “Azadlıq” radiosunun bağlanmasına dair
kəskin ifadələr səsləndiriblər. ABŞ hakimiyyətindən Azərbaycana qarşı
addımlar atmağa çağırıçlar səsləndirilib.
ABŞ-ın
bir sıra mətbuat səhifələrində bu fikirlər yer aldıqdan sonra,
Azərbaycanın bir neçə ictimai-siyasi xadimi, millət vəkili dərhal
mətbuat konfransı keçirdərək əks hücuma keçmib. ABŞ-ın özünü insan
hüquqlarının kobud şəkildə pozduğunu, hələ də ABŞ-da seqraqasiya
hallarının qaldığını, hətta rüşvətxorluqda və korrupsiyada ittiham
ediblər. Azərbaycanın müstəqil və suveren dövlət olduğunu, heç bir
dövlətin onun daxili işlərinə qarışmaq haqqı və hüququ olmadığını
bildiriblər.
İyirmi
beş il əvvəl müstəqilliyni bəyan etmiş Azərbaycan, 200 illik demokratik
tarixi təcrübəsi olan ABŞ-dan yararlana bilər. İnsan hüquq və
azadlıqları sahəsində Azərbaycan ABŞ-la əməkdaşlığını
möhkəmləndirməlidir.
Azərbaycan
xalqı artıq öz demokratik seçimin edib. Hakimiyyətin mənbəyi olan xalq
Qərb dəyərlərinə əsaslanan hakimiyyət istəyini referendum yolu ilə təyin
edib. Bunu ayrılmaz konstistusyon hüququna çevirib.
Bu
fikirləri nəzərə alaraq, tərəfləri təmkinli olmağa çağırırıq. ABŞ-ın
dünyada və regionda oynadığı rolundan və nüfuzundan maksimum yararlanıb,
Azərbaycan öz müstəqilliyini möhkəmləndirməlidir. Qarşılıqlı ittihamlar
ikitərəfli münasibətlərə xələl gətirə bilər. Azərbaycan müstəqil və
suveren dövlət olduğu üçün hesab edirik ki, ABŞ tərəfindən səsləndirilən
fikirlər və təkliflər tövsiyyə xarakteri daşımalıdır. Tövsiyyə
mahiyyəti kəsb edən hər hansı təklif Azərbaycanın milli maraqlarına zidd
deyilsə həyata keçirilə bilər. Hesab edirik ki, hər iki tərəf üçün
optimal variantdı.
ABŞ
və Azərbaycan ictimai-siyasi xadimlərini qarşılıqlı hörmətə və
dözümlülüyə dəvət edirik. Tarixin bütün dönəmlərində xalqları və
dövlətləri inkişafa və firavanlığa aparan yeganə yol qarşılıqlı
anlaşmalar olub.

Short URL: http://www.cumhuriyyet.net/?p=15617

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728