Nazir Saatlıya getdi, məktəbdə qiyam qalxdı…

22.01.2015 - 18:17

 

Məmurların bölgələrə səfəeləri hər zaman kurioz hadisələrlə yadda qalır. Vətəndaşların problemlərinin həllinə yardımçı olmalı olan məmurlar əslində yerli sakinlərdən uzaq tutulur və icra hakimiyyətlərinin əvvəlcədən təşkil olunmuş tərif şousu ilə əhatələnirlər. Bu sırada Saatlı rayonu və icra başçısı Siraqəddin Cabbarovun rəhbərliki etdiyi komanda xüsusilə fərqlənir. Xatırladaq ki, bir müddət öncə bu rayona səfər edən nəqliyyat naziri Ziya Məmmədov və təhsil naziri Mikayıl Cabbarovun qəbuluna gələnlər pul verilməklə və ya zor gücünə qapıdan qovulmuşdu. Bu gün isə eyni olay səhiyyə naziri Oqtay Şirəliyevin səfəri zamanı yaşanıb.

Bildirək ki, bu gün səhiyyə naziri Oqtay Şirəliyev Saatlıda vətəndaşların qəbulunu keçirib. Rayondakı problemlərdən və narazılıqdan xəbərdar olan icra hakimiyyəti öncədən təhlükəsizlik tədbirləri görüb. Qəbul prosesini izləyən cumhuriyyet.az-ın bölgə müxbirinin sözlərinə görə narazı vətəndaşların nazirdən uzaq tutulmasına icra başçısının müavini İlham Quliyev rəhbərlik edib. Əməkdaşımız İ.Quliyevin nazirlə görüşə gələnlərə açıq şəkildə pul paylayaraq onları yola saldığını müşahidə edib. Qəbula gələn vətəndaşlara 20, hətta bəzilərinə 10 manat verilərək geri qaytarılıb.

Oqtay Şirəliyevin rayona səfəri zamanı diqqət çəkən mühüm hadisə isə Saatlının Məzrəli kəndində baş verib. Saatlı rayon Məzrəli kənd orta məktəbində sözün həqiqi mənasında üsyan haqda məlumat verən cumhuriyyet.az-ın əməkdaşının sözlərinə görə burda 50-dən artıq müəllim və valideyn məktəbin qapısını bağlayaraq heç kəsi içəri buraxmayıb. Əsas narazılıq isə sözügedən məktəbin Azərbaycan dili və ədəbiyyatı müəlliməsi Nəzakət xanımdan olub. Belə ki, məktəbi faktik olaraq ələ keçirən müəllim və valideynlər Nəzakət müəllimənin qeyri-etik hərəkətlərindən və mütəmadi təhqirlərindən narazı olduqlarını bildiriblər. Saatlı rayon Məzrəli kənd orta məktəbindən oolan müəllimlərdən birinin əməkdaşımıza bildirdiyinə görə bu məsələ ilə bağlı həm təhsil şöbəsinə, həm də icra hakimiyyətinə dəfələrlə məlumat verilsə də heç bir tədbir görülməyib. Kənd sakinlərinin sözlərinə görə Nəzakət müəllimə icra başçısının müavini İlham Quliyev və Qorxmaz adlı sahə müvəkkilinin himayəsində olduğundan ona gözün üstə qaşın var deyən olmayıb.

Əməkdaşımızın verdiyi son məlumata görə təhsil şöbəsinin və icra hakimiyyətinin nümayəndələrinin uzun danışıqlarından sonra məktəbin qapıları açılsa da gərginlik aradan qaldırılmayıb.

 

Short URL: http://www.cumhuriyyet.net/?p=15624

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31