Nefçala icra başçısı işğal əməliyyatına başladı
Neftçalanın В«Balıq bazarıВ»nda bir neçə gün öncə etiraz aksiyası keçirən 30-a yaxın ticarətçi məhkəməyə çağırılıb. Bu haqda AzadlıqRadiosuna bazarın rəhbəri Zakir Fərzəliyev məlumat verib. Xatırladaq ki, yanvarın 12-i və 13-də Neftçalada В«Balıq bazarıВ» kimi tanınan В«VüsalВ»
MMC-nin nəzdindəki ticarət mərkəzində çalışanlar bazardan
çıxarılmalarına etiraz olaraq aksiyası keçirmişdi. Aksiyaçıların sözlərinə görə, etiraza səbəb onların zorla digər ticarət mərkəzinə köçmələrinə məcbur edilmələridir.
Etirazçılar deyirdi ki, bir il öncə rayonun icra başçısı özünə böyük
ticarət mərkəzi tikdirib. Şəhərdən kənarda yerləşdiyindən, həm də baha
qiymətə təklif olunduğundan ticarətçilər bu mərkəzin dükanlarını və
vitrinlərini icarə götürməyə maraq göstərməyiblər. Etirazçı tacirlərin
sözlərinə görə, onları bu dükanları icarəyə götürməyə məcbur etmək üçün
indiyə kimi müxtəlif vasitələrdən istifadə olunub. Onların bildirdiyinə
görə, bunlardan biri də biri də polis vasitəsi ilə təzyiq göstərməkdir: “Hər
gün polis idarəsinin əməkdaşları bazarın qarşısına gələrək günün
müəyyən hissəsini oraya nəzarət edirlər. İcra başçısı İsmayıl Vəliyev
rayonun avtovağzalını bağlatdırıb. Bunun əvəzində isə avtovağzal kimi
yeni inşa etdirdiyi bazarın qarşısını istifadə edir ki, bazar işləsin.
Avtobuslara nəzarət isə İ. Vəliyev tərəfində keçmiş polis əməkdaşı Aydın
Aslanova verilib. Bundan başqa, icra başçısının yanında onun
işlərini yürüdən polis əməkdaşları Xəqani Səfərov və Sadiq Muradov var.
Onlar bazarda ticarətlə məşğul olanları hədələyərək bazarın 95 %-ni yeni
bazara köçürməyə müvəffəq olublar”. Tacirlər deyir ki, bütün təzyiqlərə baxcmayaraq, işlərinə davam
edəcəklər.
Bazarın rəhbəri Zakir Fərzəliyev deyir ki, aksiylardan sonra bazara
baytarlıq idarəsinin işçilərini göndəriblər. Onun sözlərinə idarə
əməkdaşları bazarda çalışan ticarətçiləri kütləvi cərimələməyə başlayıb: В«Bizim bazarda satılan balıqlar hamısı müayinə olunmuş balıqlardır.
Yəni, topdansatış yerlərində yoxlanıldıqdan sonra bizimkilər gedib alıb
gətirir. Həmin yerdən icra hakiminə məxsus ticarət mərkəzində çalışan
ticarətçilər də balıq alır. İndi bizim bazarda balıq satanları yarasız
məhsul satdıqlarına görə sifarişlə kütləvi cərimə edirlər ancaq, digər
ticarət mərkəzindəkiləri yox. Necə olur ki, eyni yerdən alınan balıq
onlarda keyfiyyətli, bizdə keyfiyyətsiz olur? Qanunla cərimənin ödənməsi
üçün ən az bir ay vaxt tanınır. Üstündən 1 həftə keçməmiş məhkəməyə
veriblər ki, cərimə ödənməlidir. Yanvarın 22-də hamıya zəng vurub
məhkəməyə çağırıblar. Bu artıq təzyiqin yeni növüdür. Görürlər ki,
çıxmaq istəmirlər, axıra kimi gedib təslim etmək istəyirlərВ».
Short URL: http://www.cumhuriyyet.net/?p=15626