Səlim Müslümov müəllimlərə quru vəd verdi
Müəllimlərin əmək haqqının artırılması prosesi ölkədə qadınların məvacibinin yüksəlməsinə imkan verəcək. Təhsil sahəsində çalışanların əksər
hissəsinin qadınlar olduğunu nəzərə alsaq, iş saatlarının
qaldırılmasının, “stavka”ların sayının isə azaldılması qadınlarla
kişilər arasında maaş fərqinin azaldılmasına imkan verəcək. Bunu Əmək və
Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov deyib. Nazir onu da
əlavə edib ki, müəllimlərin əmək haqqının artırılması prosesi tezliklə
bütün ölkəni əhatə edəcək.
Müəllimlərin əmək haqqının qaldırılması tezliklə bütün ölkəni əhatə edəcək.Səlim Müslümov bu prosesin hələ ki, ancaq
paytaxtda həyata keçirildiyini deyir. Onun sözlərinə görə, müəllimlərin
maaşının artırılması məsələsi gələcəkdə bütün ölkə ərazisi üçün nəzərdə
tutulur. Bunun üçün Təhsil Nazirliyi tərəfindən monitorinq keçiriləcək
və bu monitorinqdən keçən müəllimlərin əmək haqqları yeni “stavka”lara
uyğun hesablanacaq.
Short URL: http://www.cumhuriyyet.net/?p=15629