Azərbaycan avtoritar ölkələr qrupunda
Britaniyanın “Economist İntelligence Unit-h” analitik mərkəzi
“Demokratiya indeksləri – 2014” reytinq cədvəlini açıqlayıb.
Musavat.com-un xarici KİV-ə istinadən verdiyi xəbərə görə, təhqiq edilən
167 ölkə 4 kateqoriyaya bölünüb: tam demokratik, qismən demokratik,
hibrid və avtoritar rejimli ölkələr.
Bu zaman əsasın aşağıdakı göstəricilər nəzərə alınıb – seçki prosesi və
plüralizm, vətəndaş azadlıqları, hökumətin fəaliyyəti, siyasi iştirak,
siyasi mədəniyyət.
Reytinq cədvəlində Azərbaycan 148-ci yerə qoyulub. Ökəmiz
Belarus (125), Rusiya (132), Qazaxıstan (137). İranla (158) birgə
avtoritar ölkələr qrupundadır.
Gürcüstan (81), Ukrayna (92), Türkiyə (98) hibrid ölkələr hesab edilib.
Ermənistan isə hibrid ölkələrlə avtoritar ölkələrin sərhədində yerləşir –
113-cü yer.
Təhqiqatların nəticəsinə görə, dünyada tam demokratik 24 ölkə var. İlk
beşlikdə Norveç, İsveç, İslandiya, Yeni Zelandiya və Danimarkadır.
Short URL: http://www.cumhuriyyet.net/?p=15631