Maxenasiyalar selində boğulan “Azercell”

23.01.2015 - 01:05

Şirkətin abonentləri aldadaraq külli miqdarda pul qazandığı saysız-hesabsız
fırıldaq maxenasiyaları var

 

Bu gün Azərbaycanın mobil rabitə bazarında olan mövcud qiymətlər
və keyfiyyət göstəriciləri bir-biri ilə tam ziddiyyət təşkil edir. Demək olar
ki, abonentlərə dünyada ən yüksək qiymətlərlə xidmətlər təklif edən mobil operatorların öz müştərilərinə
addım başı “atdıqları” heç kimdə şübhə doğurmur. Müxtəlif vasitələrlə vətəndaşların
cibinə girməyi bacaran operatorlar sonda bütün bunları “kompaniyalar” adı
altında reklam etməyə də müvəffəq olurlar. İstər danışıq, istərsə də mobil
internet xidmətlərinin aşağı səviyyəsi ciddi narazılıq doğurur.
Özünü ölkənin lider mobil rabitə provayderi hesab edən Azercell şirkəti isə
sadaladığımız kriteriyalarda ümumiyyətlə heç bir sərhəd tanımır. Əl yandıran
qiymətlərlər sahəsində həqiqətən də “lider” olan Azercell hər zaman öz abonentlərinə
“sürprizlər” yaşatmağı bacarır. Şirkət müxtəlif tarif və kompaniyalara qoşulmaq üçün tələb olunan nömrələrə sms
göndərməyi abonentlərinə reklam edir. Telefona gələn mesajda xidmət haqqı kimi
5 qəpik göstərilir. Ancaq kampaniyaya qoşulmaq üçün mesaj göndərdikdə isə
balansdan 1 manat və ya daha çox (kampaniyadan asılı olaraq) civarında pul çıxır.
Milyonlarla abonentinin olduğunu deyən “Azercell” şirkəti bu mesajları bütün
abonentlərinə göndərir və onları aldadaraq külli miqdarda pul qazanır.
Şirkətin abonentləri aldadaraq külli miqdarda pul qazandığı saysız-hesabsız
fırıldaq maxinasiyaları var. Şirkətin fırıldaqlarından biri də onun kontakt provayderi olan Sindibad şirkəti
ilə bağlıdır. “Azercell” abonentləri şikayət edir ki, hər ay balanslarından məchul istiqamətlərə
pul çıxırlar. Müştəri xidmətləri ilə əlaqə saxladıqda isə deyilir ki, siz “Sindibad”a
qoşulmuşuz və bu pullar ona görə çıxılır. Bununla bağlı cumhuriyyet.az olaraq apardığımız araşdırmalar zamanı ortaya çıxdı ki, “Azercell”in “feysbuk” sosial şəbəkəsindəki səhifəsində bununla bağlı yetərincə
şikayət var. Abonentlər and-aman edir ki, onlar bu xidmətə qoşulmayıblar və bu
onların istəklərindən kənarda baş verir. Bəs əslində nə baş verir? “Azercell” şirkətinə milyonlar qazandıran provayder şirkətlər öz xərclədikləri
pulun müqabilində “Azercell” abonentlərinin xəbəri olmadan onları hansısa
internet xidmətinə abunə edir…
“Azercell” istifadəçisi olan abunəçiləri narahat edən digər bir məqam isə
danışıq intervalları ilə bağlıdır. Şikayətçilər bu mobil operatorun dələduzluq
yolu ilə milyonlar qazandığını bildirirlər. Onların sözlərinə görə, sadə
hesablama və bir neçə saatlıq müşahidə aparmaqla “Azercell” abunəçilərinin necə
aldadıldığını görmək olar. Şikayətçilər bildirirlər ki, “Bizim üçün adi gələn
bu xırda rəqəmlərdən şirkət milyonlar qazanır. Təbii ki, cibimizə girməklə.
“Azercell”in özünün müəyyən etdiyi qiymətdə şəbəkədaxili danışıq tarifi 7 qəpik
müəyənləşib. Ancaq maraqlıdır ki, abunəçilər 50 saniyə danışanda da onların
balansından 7 qəpik — yəni 1 dəqiqəlik danışığın qiyməti silinir. Nədənsə, şirkət
5 saniyə artıq danışanlara bu güzəşti etmir. Yoxladıqda əmin ola bilərsiniz ki,
şirkət 1 dəqiqə 5 saniyə üçün abunəçilərin balansından 8-9 qəpik çıxır. Təəssüflər
olsun ki, əksər abunəçilər bunun fərqində deyil. Ökədəki Azercell istifadəçilərinin ümumi sayını nəzərə alsaq, bu
milyonlarla halal olmayan qazanc anlamına gəlir”. Qeyd edək ki, zaman-zaman Azərbaycandakı
mobil operatorların dələduzluq yolu il müştərilərinin “cibinə girməsi” barədə məlumatlar
yazılıb. Əlbəttə, yazılanlar real vəziyyətin çox cüzi hissəsini əhatə edir.
Çünki onlar dələduzluq etməkdə çox püxtələşib. Bunları aşkarlamaq o qədər də
asan deyil. Amma təəssüf hamının bildiyi – danışıq tariflərinin bahalığı,
şirnikləşdirici SMS-lər, yalançı kampaniyalar və.s-lə bağlı hətta nazirlər səviyyəsində
qaldırılan neqativ hallar belə çözülmür…
Azercell şirkətinin öz müştərilərinə qarşı apardığı bu talançılıq siyasətini
ört-basdır etmək üçün xüsusi taktikası da mövcuddur. Təsadüfi deyil ki, cəmiyyətdə
baş verən hər xırda çatışmazlığı işıqlandırmaqda fəallıq göstərən əksər mətbuat
və elektron KİV-lər bu sahədə susmağa üstünlük verirlər. Görəsən bu xüsusi
Azercell “sevgisinin” səbəbi nədədir? Bəlkə şirkət mətbuat nümayəndələrinə
xüsusi endirimlər tətbiq edir? Əgər belə olsaydı, yenə də bu susqunluğa haqq
qazandırmaq düzgün olmazdı. Çünki, özünü cəmiyyətin aynası adlandıran medyanın
bu susqunluğu anlaşılan olmazdı. Ancaq bu məsələ ilə bağlı olduqca ilginc məqamlar
üzə çıxıb. Əldə etdiyimiz məlumatlara əsasən, Azercell şirkəti bir çox medya
qurumları ilə “diplomatik saziş” imzalamağa müvəffəq olub. Təbii ki, burada
Femidanın iti gözlərini bağlamağa müvəffəq olan “əlahəzrət” səbəblər mövcuddur.
Belə ki, Azercell-in təklif etdiyi müxtəlif danışıq balansları mətbuat nümüyəndlərinin
“dilini-ağzını” bağlayıb. Necə deyərlər “Azercell-ə danış, Azercell-dən
danışma” prinsipi işə salınıb.
Ancaq, bir neçə medya qurumunu ələ almaqla milyonlarla sadə vətəndaşın qəpik-qəpik
haqqına girmək “liderlik” ənənələrinə uyğun deyil. Maraqlıdır ki, bu sahədə dəfələrlə
gəlişi gözəl bəyanatlar səsləndirən əksər dövlət təşkilatları da sonda heç bir əməli
tədbir görməyiblər və yaxud görmək istəməyiblər. Bu da həmin tarif, həmin
prinsipdən irəli gəlirmi görəsən?

Short URL: http://www.cumhuriyyet.net/?p=15637

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728