DSX-ya təkmilləşdirilmiş BTR-70M tipli Zirehli Nəqliyyat Vasitəsi hədiyyə edildi – FOTO
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Dövlət Sərhəd Xidmətinin rəisi (DSX) general-polkovnik Elçin Quliyevi və şəxsi heyəti Xudafərin körpüsündə Azərbaycan bayrağının qaldırılması və DSX-nin iştirakı ilə bir neçə yaşayış məntəqəsinin azad edilməsi münasibətilə təbrik edib.
Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin bütün əməkdaşları bu tarixi hadisənin sevincinə qoşularaq, Dövlət Sərhəd Xidmətinə Təkmilləşdirilmiş BTR-70M tipli Zirehli Nəqliyyat Vasitəsi hədiyyə edib. Döyüş maşınının ön hissəsində və sağ tərəfində “İLHAMLA İRƏLİ!”, sol tərəfində isə “XUDAFƏRİN BİZİMDİR!” sözləri yazılıb.
Bu barədə Musavat.com-a Müdafiə Sənayesi Nazirliyinin İnformasiya Texnologiyaları Şöbəsinin müdiri Yaşar İsakov məlumat verib.
“Müdafiə Sənayesi Nazirliyi möhtərəm Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin şəxsi təşəbbüsü ilə 2005-ci ildə Silahlı Qüvvələrimizin döyüş hazırlığının daim yüksək səviyyədə saxlanması məqsədilə yaradılıb. Hazırda mütəxəssislərimiz Silahlı Qüvvələrin hərbçiləri ilə birlikdə yeni tipli silah və döyüş sursatlarının real döyüş şəraitində sınaqlarını keçirirlər”- deyə, xəbərdə qeyd olunur.
Short URL: http://www.cumhuriyyet.net/?p=156371