“O səs Türkiyə”nin fatehi Elnurun keçmişi haqda şok məlumatlar
səs Türkiyə” müsabiqəsində uğurlu çıxışı ilə gündəmə gələn Elnur
Hüseynovun həyatı və yaradıcılığı ilə bağlı onun Filarmoniyada çalışan
müəlimi maraqlı fikirlər səsləndirib.
mətbuatda çəkilməsini istəməyən müsahibimiz bildirib ki, E. Hüseynov
illər öncə Xor Kopellasında çalışsa da ailəsi ilə bağlı məlumatları
kollektivdən həmişə gizli saxlayırmış: “Elnurun
atası hərbçi olduğuna görə onlar gah ora, gah da bura gedirdilər. Yəqin
ki, Elnurun ailəsi Bakıda kiminsə evində kirayə qalırdı. Biz onu
Filarmoniyaya çox cavanikən işə götürmüşdük. Həmişə qorxurduq ki, bu
uşaq əvvəl-axır özünə nə isə edə bilər. Elnur həmişə deyirdi ki, böyük
bir partlayış edəcək. Ukraynaya getmək istəyirdi. Daimi orada qalmaq,
yaşamaq arzusundaydı. Elnur işə gəlmirdi. Amma biz onun əmək kitabçasını
korlamaq istəmirdik. Bədii rəhbərə dedik ki, Elnuru axtarıb tapsınlar
və o gəlib ərizəsini yazsın və işdən çıxsın.
ki, onun başına nəsə gələ bilər. Elnurun atası hərbçi həkim olub. Onun
anası çox güman ki, musiqi sahəsini bitirmişdi. Amma anası işləmirdi.
Elnurun bir qardaşı da var idi. Qardaşı Elnurdan balaca idi. O,
Azərbaycan dilini yaxşı bilirdi. Onun valideynləri yəqin ki, tez-tez
başqa-başqa ölkələrə gedirdilər. Elnur çox vaxt Bakıda tək qalırdı. Biz
Elnurun nailiyyətlərinə həmişə sevinmişik. O ilk dəfə bizim yanımıza
gəlib və qarşımızda oturub. Biz o vaxtlar Elnurun ailəsi barəsində
məlumatlar toplamağa çalışırdıq. Amma heç nə əldə edə bilmirdik. Özü
ailəsi ilə bağlı heç nə danışmırdı. Elnur tez-tez konsert verərdi. Onun
çoxlu tamaşaçı kütləsi var idi. Xeyli insan onun konsertinə gələrdi.
Elnur gizlətsə də o Bakıda ailəsindən ayrı, tək yaşayırdı. Elnur
ailəsinə qarşı çox biganə idi. Ümumiyyətlə ailəsi ilə bağlı məsələlər
onu maraqlandırmırdı. Səbəbini isə deyə bilmərəm. O, anası barəsində
bütün məlumatları gizlədirdi. Ola bilsin ki, ailəsi ondan imtina
etmişdi. Özünü işdə də çox qəribə aparırdı. Hətta o atasının, anasının
neçə yaşında olduğunu belə bilmirdi”.
Dövlət Xor Kapellasının bədii rəhbəri, Xalq artisti Gülbacı İmanova da
Elnurla bağlı fikirlərini bölüşüb. Bildirib ki, E. Hüseynov çox böyük
səs imkanına malikdir: “Elnur bizdə Xor
Kopellasında işləyib. Çox istedadlı vakalçı olub. Bir şəxsiyyət kimi də o
çox yaxşı insandır. Mən ondan bir vakalçı kimi çox razı idim. Onun Xor
Kopellası ilə birlikdə tez-tez konsertləri olub. Bizim konsertlərimiz
çox uğurlu olurdu. Elnur həmişə bizimlə maraqlanır. Onun ailəsi Bakının
kəndlərindən birində qalırdı. Elnur isə Bakının mərkəzində qalırdı”.
edək ki. Elnur Hüseynov və Samir Cavadzadə 2007-ci ildə ilk dəfə
Avroviziya musiqi yarışmasında Azərbaycanı təmsil ediblər. E. Hüseynov
hazırda Türkiyədə telekanalında yayımlanan məşhur “O səs Türkiyə” musiqi
yarışmasının iştirakçısıdır.
Short URL: http://www.cumhuriyyet.net/?p=15639