İranın baş diplomatını Türkiyədə divara dirədilər

23.01.2015 - 02:05

Türkiyədə  səfərdə olan  İranın Xarici İşlər naziri  Əli Laricani
 keçirdiyi  mətbuat konfransında  jurnalistlərin  kəskin sualları ilə
üzləşib. Avropa.info xəbər verir ki, Əl-Cəzirə
telekanalının müxbiri  Laricaniyə  “Suriya ərazisində Hizbullah üzvləri
və iranlı bir komandir öldürüldü . Bəzi məlumatlara görə, bunu İzrail
edib. İlk dəfə xarici ölkə ərazilərində İsrail, iranlı bir komandiri
 öldürmüş oldu. İranlı komandir  hansı vəzifə üçün Suriyadadır ? İran bu
məsələdə İsrailə bir qarşılıq verməyi düşünürmu və ya necə bir qarşılıq
verməyi düşünür? ” sualına cavab olaraq, İranın Xarici İşlər naziri
 rəqiblərini  “Hizbullah”la hədələyib.
“Hizbullah
düşüncəli bir qrupdur. İranın yardım etməsinə ehtiyac yoxdur. Hizbullah
dediyini edər. Bu işin asanlıqla bağlanıb getməsinə icazə verməz”. “İranlı
komandir  hansı vəzifə üçün Suriyadadır ” sualı təkrar edilincə ,
Laricani  “Suriyaya  dəstək veririk. Bunu da gizlicə etmirik ” deyib.
Laricani  “İran bu məsələdə İsrailə  qarşılıq verməyi düşünürmu”  sualını isə cavabsız qoyub.

Short URL: http://www.cumhuriyyet.net/?p=15640

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930