Serj Sarkisyan: “Hakimiyyətə öz xidməti təklif etdim, amma cavab almadım”

21.10.2020 - 11:52

Ermənistanın 3-cü prezidenti Serj Sarkisyan İngiltərədə çıxan “The Independent” nəşrinə geniş müsahibə verərək, hakimiyyətlə qarşılıqlı münasibətlərindən danışıb.

“Mən və komandam, eləcə də digər müxalifət partiyaları dəfələrlə hazırkı hakimiyyətə, o cümlədən “Qarabağın prezidenti”nə müraciət edib, öz xidmətimizi təklif etmişik. Amma təəssüflə qeyd edim ki, onlar bizimlə əlaqə yaratmayıblar”, – Sarkisyan deyib.

Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan oktyabrın 19-da müxalifət partiyaları ilə görüşüb, məsləhətləşib. Həmin görüşdə S.Sarkisyanın lider olduğu Respublika partiyasını təşkilatın icraiyyə orqanının üzvü Eduard Şarmazanov təmsil edib.

Short URL: http://www.cumhuriyyet.net/?p=156415

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728