Avro Bakıda çökdü

23.01.2015 - 11:06

Bu gün Azərbaycanda avronun manata qarşı rəsmi məzənnnəsi təxminən 15 illik minimuma enib və 0,8897 manat təşkil edib.
Report.azın verdiyi xəbərə görə, 2002-ci il yanvarın 1-dən
nağd dövriyyəyə buraxılan avronun keçən müddət ərzində analoji həddə,
aşağı məzənnəsi 1999-cu ilin dekabr – 2000-ci ilin yanvar ayında qeydə
alınıb.
Qeyd edək ki, həmin vaxt Azərbaycanda milli valyutanın
denominasiyası hələ aparılmamışdır və o dövrün qiymət miqyasında həmin
məzənnə 4 448,5 manat/avro təşkil edib.
Avronun Azərbaycanda ən yüksək rəsmi məzənnəsi isə 2008-ci il aprelin 23-də qeydə alınıb və 1,3235 manat olub.
Xatırladaq kı, avro rəsmən 1999-cu il yanvarın 1-dən dövriyyəyə
buraxılıb və ilk 3 il ərzində yalnız nağdsız hesablaşmalarda istifadə
olunub və 1979-1998-ci illərdə istifadə edilən ECU-nu (European Currency
Unit – Avropa Valyuta Vahidi) əvəz edib (1:1 miqyasında).
Rəsmi statistikaya əsasən, hazırda nağd dövriyyədə 951 mlrd. avro
həcmində vahid Avropa valyutası mövcuddur və bu göstəriciyə görə, avro
hətta ABŞ dollarını qabaqlayır. 

Short URL: http://www.cumhuriyyet.net/?p=15645

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728