“Google” rəhbəri: “İnternet yox olacaq”

23.01.2015 - 11:39

“Google” şirkətinin rəhbəri internetin sonu ilə bağlı danışıb.

ANS PRESS-in məlumatına görə, “Google” şirkətinin Direktorlar
Şurasının sədri və baş icraçı direktor Erik Şmidt İsveçrədə Davos
Ümumdünya İqtisadi Forumunda müzakirələr zamanı bildirib ki, bir vaxt
gələcək və internet yox olacaq: “Mən çox sadə cavab verəcəyəm – internet
yox olacaq. Üzərinizdə qarşılıqlı əlaqədə olduğunuz çoxlu qurğular,
tənzimçilər, həmçinin IP-ünvanlar olacaq və siz bunları hiss
etməyəcəksiniz. Bu sizin daimi bir parçanız olacaq. Siz belə bir çox
güclü texniki platformanın yaranmasını müşahidə edirsiniz”.

Erik Şmidtin fikrincə, indidən belə proqramların infrastrukturunun necə görünəcəyi barədə tam dəqiq proqnoz vermək mümkün deyil:

“Çünki hazırda bazarda smartfonların gücünü artıran yeni oyunçular
qrupu irəliləyir. Bunlar isə faktiki olaraq superkompüterlərdən başqa
bir şey deyil”, – deyə “Google” şirkətinin rəhbəri deyib.

Short URL: http://www.cumhuriyyet.net/?p=15650

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728