İrəvanda yürüş keçiriləcək
23.01.2015 - 12:05

Yanvarın 26-da İrəvanda rusiyalı hərbçi Valeri Permyakovun Ermənistana təhvil verilməsi tələbi ilə yürüş keçiriləcək.
APA-nın “Armenia Today”a istinadən verdiyi məlumata görə, yürüş
təşkilatçılarının yaydığı bəyanatda Ermənistan hakimiyyəti və Rusiya
tərəfindən yanvarın 12-də Gümrü şəhərində Avetisyan ailəsinin 7 üzvünü
qətlə yetirmiş V. Permyakovun yerli hüquq-mühafizə orqanlarına təhvil
verilməsi tələb olunur.
Qeyd olunur ki, bu tələb Rusiyanın Ermənistandakı həbri bazası ilə bağlı müqavilənin 4-cü maddəsindən irəli gəlir.
Short URL: http://www.cumhuriyyet.net/?p=15653