Səlim Müslümovdan mətbuata basqı
Bolgexeber.com xatırladır ki, ötən yazılarda sizləri Ağsu rayon
Əmək və Əhalinin Sosial Mudafiəsinin direktoru Əliyunis Mütəllimov və
onun adamlarının, 2-ci qrup əlil Şənlik Hüseynovun sosial yardımının
kəsilməsi və ölümlə hədələnərək təhqir edilməsi barədə məlumat
vermişdik.
2 uşaq atası olan Şənlik Hüseynov studiyamıza gələrək şok edici
məlumatların üstünü açmışdı. Sənlik Huseynov bildirdi ki, keçən il,
Füzuli Ələkbərovun dövründə sosial yardım almaq üçün ondan 400 AZN
istəyiblər, o isə buna imkanınin olmadığını söylədiyi zaman kartından 4
aylıq sosial yardımı götürüblər. İndi maddi durumu həddindən aşağı
olduğundan nəinki sosial yardım ala, heç şikayətinə baxan belə tapa
bilmir. Bolgexeber.com bildirir ki, şikayətçinin problemini bir neçə
dəfə işıqlandırandan sonra Ağsu rayon Əhalinin Sosial Müdafiə Mərkəzinin
direktoru Əliyunis Mütəllimov haqqında yazılan tənqidi məqalələrlə
bağlı məhkəmələrə üz tutmaq niyyətinə düşüb. Davamlı şəkildə bir neçə
saytın onun özünün dediyi fikirləri ictimaiyyətə çatdırılması Əliyunis
Mütəllimovu qəzəbləndirib. Redaksiymıza daxil olan məlumata görə
Əliyunis Mütəllimovun xüsusi ittiham qaydasında BTV (Bolgexeber TV) daxil
olmaqla 6 sayt rəhbəri barəsində məhkəməyə müraciət etməsinə səbəbinin
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən ona olunan təzyiqdən
qaynaqlandığı bildirilir.
Bolgexeber TV-nin rəhbəri Vasif Turan məsələ ilə bağlı
Bolgexeber.com-a bildirdi ki, 2-ci qrup əlil Şənlik Hüseynovun şikayəti
ilə bağlı mətbu orqanımızda məqalə və videosüjet gedəndən sonra elektron
ünvanlarımıza təhdid və hədə-qorxu xarakterli məlumatlar daxil
olur.Naməlum ünvanlardan gələn həmin məlumatlarda qeyd olunur ki, bizim
Ağsu rayon Əhalinin Sosial Müdafiə Mərkəzinin direktoru Əliyunis
Mütəllimov haqqında yazılan obyektiv tənqidi məqalələrimiz yerli
məmurların qəzəbinə səbəb olub.Və bu barədə yazdığımıza və 2-ci qrup
əlil Şənlik Hüseynovun sosial problemini qabartdığıza görə direktor
Səlim Mülümovun göstərişi ilə xüsusi ittiham qaydasında 6 sayt rəhbəri
barəsində məhkəməyə müraciət edəcək.
“Mən belə başa düşürəm ki,bu mətbuata basqıdır. 2-ci qrup əlil Şənlik
Hüseynovun Ağsu rayon ƏƏSM-nin direktorundan şikayəti ilə bağlı
videosüjetdə heç bir şantaj-filan yoxdur. Biz sadəcə mətbu orqan olaraq
borcumuzu yerinə yetirərək əlil vətəndaşın qarşılaşdığı problemi
işıqlandırmışıq ki,bu da çox güman yüksək vəzifəli məmurların xoşuna
gəlməyib. Lakin, çox güman ki, Ağsunun icra başçısı Ənvər Seyidəliyev
,onun arxalandığı Səlim Müslümov və onların yerlərdəki adamları
tərəfindən edilən bu təzyiqlər bizi qorxutmur. Səlim Müslümov bizi
məhkəməyə vermək haqda göstəriş verməkdənsə heç olmasa bir əlilin
poblemini, Ağsuda mövcud olan çoxsaylı social problemləri həll
etsin”,-deyə Bolgexeber TV-nin rəhbəri Vasif Turan bildirdi. Bundan
başqaTV rəhbəri məsələ ilə bağlı yaxın zamanlarda mətbuat konfransı
keçirəcəyini qeyd etdi.
Bolgexeber.com
Short URL: http://www.cumhuriyyet.net/?p=15656