Ovannisyanın xəritəsi və beynəlxalq savaş xəritəsi – quyruqlu yalanın ifşası

25.10.2020 - 11:12

Ermənistanın Müdafiə Nazirliyinin sözçüsü Arsrun Ovannisyanı tanıyırsınız, nəfəsi yalanla gedib-gələn adamdır. İşi belə tələb edir, bildiyi bütün həqiqətləri olduğu kimi desə, ölkəsində xaos yaranar. 

Müharibə zamanı bəzi həqiqətləri gizlətmək, hər şeyi deməmək, öz xalqının ruhdan düşməməsi, düşmənin eyforiyaya qapılmaması (eləcə döyüş ruhunun çökməsi) üçün xırda-para yalanlar yaymaq informasiya müharibəsində məqbul sayılır.

Ancaq bu Ovannsyan bütün çərçivələri aşır. Özü də o, bunu elə bir şəraitdə edir ki, yalanının ömrü nəinki 40 gün, heç 40 dəqiqə də çəkmir. Çünki internet, peyk, dron əsridir, ucqar bir əyalətdə oturub meqapolisdə baş verənləri canlı-canlı izləmək mümkündür. Eləcə də əksinə.

Belə olandan sonra insanlar həqiqətləri öyrənmək üçün bir neçə müxtəlif mənbəyə baş vurur, kimin yalan, kimin doğru danışdığını öyrənirlər.

333.JPG (35 KB)

Dünən Ovannisyan bir xəritə paylaşıb və uzun-uzadı şərhlər verib. Elə ilk baxışdanca görünür ki, ermənilər Dağlıq Qarabağın xəritəsinə əl gəzdiriblər, işğaldan azad etdiyimiz yerlərin miqyasını kiçildib, öz əllərində olan yerləri süni şəkildə böyüdüblər. Beləcə, ortaya çıxan mənzərə odur ki, azad edilmiş Füzuli, Cəbrayıl, Xocavənd, Zəngilan rayonları, o cümlədən Qubadlı və Laçının bir hissəsi bütövlükdə Kəlbəcərin yarısı qədər deyil.

Elə qələmə verilir ki, şimal tərəfdə yalnız Talış kəndi azad edilib, amma guya ki, erməni hərbi hissələri Talışın bir addımlığındadır, Madagizin Suqovuşana çevrilməsina dair qeyd ümumiyyətlə yoxdur. Bu su anbarı artıq 20 gündür Tərtər və Bərdə camaatının istifadəsindədir, bunlar hələ oralarda “döyüşür”.

Murov zirvələrinin Azərbaycan ordusunun nəzarətinə keçməsindən, orda artıq yalnız bizim postlarımızın olmasından söz açılmır. Ancaq deyirlər ki, Vardenis-Kəlbəcər yolu təhlükəsizlik səbəbindən bağlıdır. Görəsən, niyə? Yol birdən-birə niyə təhlükəli oldu, 27 ildir əlinizdəydi axı.

Azərbaycan sərhədçiləri Ağbənddə bayraq qaldırıb, sərhəd zastavasında keşik çəkirlər, Ovanisyan deyir ki, Mincivanda və Zəngilanın yaxınlığında döyüşlər gedir.

Onun təqdim etdiyi xəritədə ordumuzun hissələri Cəbrayıldadır, amma özü deyir ki, düşmən ordusu Laçında, Qubadlıqda döyüşə girir.

Bir sözlə, erməni sözçü öz xalqını bu dəfə əldəqayırma xəritə ilə çaşdırmaq, başının altına yastıq qoymaq istəyir.

222.JPG (56 KB)

Bu biri xəritədə isə Azərbaycanın əlində və nəzarətində olan yerlər açıq-aydın göstərilir. Bu, beynəlxalq xəritədir. Azərbaycanda tərtib olunmayıb.

Buradan görünür k, hərbi əməliyyatlar getməyən cəmi iki yer var: Ağdam rayonu və Kəlbəcərin dərinlikləri. Qalan hər yer bu və ya digər şəkildə ordumuzun nəzarəti və atəşi altındadır, döyüşlər də yerdə qalan ərazilərin işğaldan qurtarılması istiqamətində gedir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=156574

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930