Leyla Yunus tərəfindən papağı yerə atılan polisin rütbəsi artırıldı
Hazırda həbsdə olan hüquq müdafiəçisi Leyla Yunus tərəfindən papağı yerə atılan polisin rütbəsi artırılıb. Bu
barədə “Bakı şəhərində yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi
üzrə fəaliyyət”ə həsr olunan tədbirdə çıxış edən millət vəkili Çingiz
Qənizadə məlumat verib.
O bildirib ki, bu hadisə baş verən
vaxtlarda daxili işlər naziri Ramil Usubova müraciət ünvanlamışdı: “Bir
müddət sonra Yasamal Rayon Polis İdarəsinin sabiq rəisi İsmayıl Əsədov
mənə dedi ki, nazir sizin müraciətiniz əsasında həmin polisin rütbəsini
artırıb”/qafqazinfo/.
Short URL: http://www.cumhuriyyet.net/?p=15660