Erməni-rus qarşıdurması pik həddə

23.01.2015 - 13:23

Yanvarın 26-da İrəvanda Rusiya əleyhinə böyük yürüş keçiriləcək.  ANS PRESS-in məlumatına görə, yürüş iştirakçıları Ermənistan
rəhbərliyindən və Rusiyadan Gümrüdə erməni ailəni qətlə yetirmiş rus
əsgər Valeri Permyakovun Ermənistan hüquq-mühafizə orqanlarına təhvil
verlməsini tələb ediləcək. Yürüş İrəvanın Azadlıq meydanında başa
çatacaq.
Ermənilər Avetisyanlar ailəsinin qatili olduğu iddia edilən Valeri
Permyakovun erməni məhkəməsinə verilməsini tələb edirlər. Moskva isə
Rusiyanın hazırkı Konstitusiyasına istinadən bildirir ki, Rusiya
vətəndaşı mühakimə olunmaq üçün heç bir halda başqa bir ölkəyə təslim
edilə bilməz. Ermənistan İstintaq Komitəsi də Valeri Permyakova qarşı cinayət işi
qaldırıb. Komitə onu Ermənistan Cinayət Məcəlləsinin 104-cü maddəsi ilə
istintaqa cəlb etmək istəyir.
Rusiyanın 5-ci qarnizon məhkəməsi əsgərə qarşı Rusiya Federasiyasının
Cinayət Məcəlləsinin iki maddəsi əsasında qətlə və fərariliyə görə
cinayət işi qaldırılıb. Valeri Permyakovun yanvarın 12-də Gümrü şəhərində Avetisyan ailəsinin 6
üzvünü qətlə yetirdiyi iddia edilir. Hadisıə zamanı yalnız 6 yaşlı
Seryoja sağ qalmışdı. Bu günlərdə dünyasını dəyişmiş Seryoja Gümrüdə
dəfn edilib. Valeri Permyakovun Ermənistan – Türkiyə sərhədində yerləşən
Bayandur kəndində Rusiya sərhədçiləri tutulduğu bildirilib.
Hadisə Ermənistanda Rusiya hərbi bazasına qarşı ciddi etirazlara səbəb
olub. Yüzlərlə insan İrəvandan Gümrüyə axın edərək hərbi bazanın və
Rusiya konsulluğunun qarşısında etiraz mitinqi keçirir. Hazırda davam
edən aksiyada etirazçılarla polis arasında qarşıdurma yaşanır. Aksiyada
Rusiya bayrağı ayaqlar altına atılaraq tapdanıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=15661

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728