ABŞ-ın Minsk Qrupunun həmsədri qismində fəaliyyəti Amerika mətbuatında müzakirə olunub

26.10.2020 - 10:35

ABŞ-ın nüfuzlu və milyonlarla dinləyici kütləsinə malik Con Batchelor Şou radio proqramında Ermənistanın ölkəmizə qarşı son hərbi təxribatı nəticəsində yaranmış gərginlik, humanitar sülh razılaşmaları və münaqişənin nizamlanması istiqamətində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqtona səfərləri, ABŞ dövlət katibi Mayk Pompeo ilə nəzərdə tutulan görüşləri ilə bağlı veriliş yayımlanıb. Verilişdə müsahib qismində Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov və Corctaun Universitetinin professoru Brenda Şeffer çıxış ediblər.

İlk öncə səfir son gərginliklər fonunda Ermənistan və Azərbaycan arasında Rusiyanın vasitəçiliyi ilə iki dəfə humanitar atəşkəs əldə edildiyini, lakin hər iki halda bu atəşkəsin dərhal Ermənistan tərəfindən pozulduğunu qeyd etmişdir. Ermənistanın substantiv danışıqlarda maraqlı olmadığını, bu məqsədlə davamlı olaraq atəşkəsi pozaraq, üçüncü ölkələri, xüsusilə də Rusiyanı münaqişəyə cəlb etmək niyyətini diqqətə çatdırmışdır. Atəşkəsin vacibliyi ilə yanaşı danışıqların əhəmiyyətini vurğulayan səfir, ABŞ-ın ATƏT-in Minsk Qrupunun həmsədri qismində münaqişənin həllinə göstərdiyi marağı müsbət qiymətləndirlib. O, xarici işlər nazirlərinin Vaşinqtona səfəri və burada keçiriləcək danışıqlardan ümidlə gözləntilərinin olduğunu qeyd edib.

Jurnalistin Ermənistanın Gəncəni raket hücumuna tutması barədə sualını cavablandıran E.Süleymanov bildirmişdir ki, döyüş meydanında məğlub olan Ermənistan rəhbərliyi diktator ölkə rəhbərləri kimi mülki insanları atəş hədəfinə çevirir. Səfir keçmiş İraq lideri Səddam Hüseynin də Küveyti qanunsuz şəkildə işğalı planlarının məğlubiyyəti zamanı İsraildə mülki əhalini atəşə tutmasını xatırladaraq, Ermənistan baş naziri Nikol Paşinyanı onunla müqayisə etmişdir. Humanitar atəşkəsdən dərhal sonra münaqişə zonasından kənarda yerləşən Gəncəni atəşə tutmasına diqqət çəkən səfir bildirmişdir ki, Ermənistanın atdığı mərmilər şəhərdəki ortodoks kilsəsinin 500, əsas məscidin isə 300 metrlik məsafəsində partlamışdır. 10-dan çox həlak olan mülki əhalinin içərisində 10 aylıq körpənin və 1 gün sonra 5 yaşı tamam olacaq azyaşlının olmasını xüsusi qeyd etmişdir.

Professor Şeffer Azərbaycan əsgərlərinin Araz çayının şimalında yerləşən Ermənistan tərəfindən işğal olunmuş torpaqları azad edərkən çayın qarşı tərəfindən İranda yaşayan azərbaycanlıların onları ürəkdən dəstəkləməsinə diqqət çəkmişdir.

Səfir Azərbaycan xalqı üçün simvolik rəmzi olan Xudafərin körpüsünün azad olunmasının və orada Azərbaycan bayrağının dalğalandırılmasının xalqımız üçün olduqca həssas duyğular yaratdığını qeyd etmişdir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=156612

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930