Lamiyə Quliyevanın işində Aslan Aslanov barmağı
В«Şərq-QərbВ» Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu
son günlər yenidən gündəmə gələn Kənd Təsərrüfatı nazırınin keçmiş
müavini Aslan Aslanov barədə şok faktlar açıqlayıb. O, özünün facebook səhifəsində Alanovun
dəhşətli qisasçılığından, törətdiyi ağılasığmaz qanunsuz əməllərindən
yazıb:
“İki gündür mətbuat 4 saylı qadın cəzaçəkmə müəssisəndə məhkum Lamiyə
Quliyevanın uşaq dünyaya gəturməsi barədə yazır. Bu həmin Lamiyədir ki,
2003-cü ilin martında nişanlısı Vüqar Əliyevlə birlikdə o zaman Şəmkir
RİH-nın başçısı olan Aslan Aslanovun oğlu Ruslanı qətlə yetirmişdi.
Qətlə səbəb isə Ruslanın kafedə insanların yanında Vüqara nişanlısı
Lamiyə haqqında nalayiq sözlər deməsi olmuşdu. Ruslan və onun Şəmkirdə
törətdiyi əməllər haqqında yazmaq fikrim yoxdur, çünki atasının layiqli
balası artıq haqq dünyasına qovuşub, amma bu hadisədən sonra icra
başçısı (sonra isə kənd təsərrüfatı nazırınin müavini) Aslan Aslanovun
qisasçılığı haqqında bir neçə kəlməyə ehtiyac olduğunu düşünürəm.
Əslində,
Ruslanı vuran Lamiyə olsa da, Aslan Aslanov imkan, səlahiyyət və
qohumluq əlaqələrindən istifadə edərək, istintaqın və məhkəmənin onun
qisasçılıq ambisiyalarına uyğun qərarlar verməsinə nail oldu. Mədəni,
intellektual və idarəçilik səviyyəsi xeyli suallar doğuran Aslan
Aslanovun qohumluq və digər əlaqələrinə isə xeyli məmur həsəd apara
bilərdi. Belə ki, qərb bölgəsində “de facto” qubernatorluq edən Aslanov
müdafiə naziri Səfər Əbiyevlə kirvə, eyni zamanda “Azərneftyağ”
birliyinin mərhum direktoru Ramiz Mirzəyevin qaynı idi. Bütün
bu imkanlarından istifadə edən Aslanovun qisasçılığı bununla bitmədi.
Vüqar Əliyevin ailəsinin Şəmkirdəki evi buldozerlərin qabağına verilərək
dağıdıldı, Şəmkirdə sakinlərə oğlu Ruslanın sürdüyü qara rəngdə
VAZ-2107 markalı maşını olmaq faktiki qadağan edildi. Ruslanın qətlinin
ildönümü günü oğluna toy edən rayon sakini şərlənərək həbsə atıldı. İndi
isə məlum olur ki, dünyaya uşaq gətirən Lamiyə Quliyevanın 2013-cü ildə
cəza müddəti bitməli olsa da, 2 il əvvəl CM-nin 317-ci (cəzaçəkmə
müəssisəsinin və ya istintaq təcridxanasının normal fəaliyyətini pozma)
maddəsi ilə onun cəzası 5 il 6 ay artırılıb. Sizi əmin edirəm ki, bu yazdıqlarım Aslan Aslanovun hikkəli özbaşınalıq və cinayətlərinin çox cüzi bir hissəsdir”.
Short URL: http://www.cumhuriyyet.net/?p=15663