Kənd müəlliminin gerçəkləri

23.01.2015 - 14:18

Bu gün cəmiyyətimizdə bəzi gənclər peşə
vəzifələrini ən ucqar kəndlərdə yerinə yetirirlər. Onlar necə deyərlər,
gözdən-könüldən uzaqda olsalar da, onlara ehtiyac olan yerlərdədirlər.
Elə bizim xanım müsahibimiz Flora Abbasova kimi.

2014-cü ildə
tarix müəllimliyi ixtisasından məzun olan, hazırda isə Tovuz rayonunun
Bayramlı kənd orta məktəbində müəllimə işləyən Flora Abbasova Modern.az saytının suallarını cavablandırıb. Həmin müsahibəni diqqətinizə çatdırırıq:

Flora xanım, sizi necə tanıyaq?..


Mən, Tovuz rayonunun Düz Qırıqlı kəndində anadan olmuşam. Orta
təhsilimə həmin kəndin 1 sayli orta məktəbində başlamışam. Ali
təhsilimi Bakı Dövlət Universitetinin tarix müəllimliyi ixtisası üzrə
bitirmişəm.

Necə oldu ki, tarix müəllimi olmaq qərarına gəldiniz?


VI sinifdə Azərbaycan tarixi dərsində dövlət qurumları haqda mövzunu
oxumuşdum. Həmin gün dərsə yaxşı cavab verdim. Tarixə marağım bununla
başladı. Etiraf edim ki, düşünmürdüm tarix müəllimi olacam, yəni buna
tam qərar verməmişdim. Təsadüfən bu ixtisasa sahibi oldum. Belə ki, XI
sinifdə oxuyanda basqa ixtisas seçmişdim, görünür tarixə olan marağım
hər şeyi üstələdi və bu həvəs ixtisas seçimində tarix müəllimliyini
seçməyimə səbəb oldu.

Niyə məhz müəllimlik?

-Şablon kimi səslənsə də, müəllimliyin alın yazım olduğunu düşünürəm.

Gənc yaşda müəllimlik fəaliyyətinə şəhərdə yox, ucqar kənddə başlayan ali məktəb məzunlarını cəmiyyətdə fədakaradlandırırlar. Siz necə düşünürüsüz?

-Qəhraman
olduğumu düşünmürəm. Əlbəttə bu, yaşadığım şəraitdən də aslıdır. Mən də
kənddə yaşamışam. Amma dediyim kimi, müəllimlik alın yazımdır və kənd,
şəhər mənim üçün fərqi yoxdur. Harada mənə ehtiyac olsa, getməyə
hazıram. Bu, vəzifə borcumdur. Necə ki əsgərlər səngərdə öz vəzifəsini
yerinə yetirir, mən də elə…

Pedaqoji təcrübə vaxtı şəhər məktəblərində olmusunuz. Hazırda kənd məktəbində dərs deyirsiz. Kənd və şəhər məktəbini indi daha yaxşı müqayisə edə bilərsiz…


Bir cümlə ilə desəm, hazırda şagirdlərimizlə bütün gücümüzlə çalışırıq
ki, bilik cəhətdən şəhərdəkilərdən geri qalmayaq. Hazırda sözün əsl
mənasında inkişaf və gündəmə uyğunlaşmaq üçün məktəbdə ciddi iş gedir.

Çox vaxt deyirlər ki, kənddə oxuyan uşaqlar dünyagörüşsüz olur və dərsə həvəslə yanaşmırlar.Sizcə, bunun səbəbləri nələrdir? Ağır kənd həyatı və ya?..

-Düzdür,
şəhərdə oxuyan şagirdlər daha çox informasiyalı olurlar. Çünki
onların daha geniş və yeni informasiyalar əldə etmək imkanları var.
Kənddə yaşayan uşaqların dünyagörüşsüz olmağı ilə razılaşmıram. Məsələn,
şagirlərim Elnurun

“Hamı xəyalarımdakı kimi
olsa idi, pislik olmazdı”, Ümidin “müəllim bir hər şeyi öyrənmək
istəyirik və sizin tədrisinizdən bacardığımız qədər istifadə edəcəyik”
sözləri, VIII sinifin birliyi, əməkdaşlığı, X siniflərin mübarizəsi…
bunlar məni inadırır ki, gələcəyin səfirləri, tarixçiləri, psixoloqları,
riyaziyyatçıları, kimyaçıları, hərbçiləri arasında bizim məktəbin
şagirdləri də olacaq. Lakin bir problem var ki, kənd həyatı bütün
dövürlərdə olduğu kimi, indi də qızların məktəbə gəlməsində axsamalar
yaradır.

Kənd həyatına uyğunlaşa bilmisiniz?


Əvvəl uyğunlaşmaq çətin idi. Tələbəllikdən müəllim fəaliyyətinə tez
keçdim. Bu, bir az çətin və qəribə gəldi mənə. Əvvələr imtahan verirdim,
indi imtahan götürürəm. Müəllimlərdən şikayətlənirdim, indi özüm
onların yerindəyəm. Əvvvələr 45 dəqiqənin tez keçməsini istəyirdim, indi
həmin o vaxt 15 dəqiqədən də az gəlir mənə. Mənim üçün ən çətini isə
mühazirə yazanda cümlələrə etdiyim qısaltma vərdişimi tərgitmək oldu.
Müəllimlik birdən-birə böyümək deməkdir. Adımdan sonra müəllim sözünü
eşitmək təsvir edilə bilməyən hissdir.

Xanım olaraq kənddə müəllim işləmək və adi vətəndaş kimi kənddə yaşamaq sizə hansısa çətinlikləri yaradır?

-Kənd
əhalisi çox mehribandır. Onların mənim haqqımda fikirlərini tam deyə
bilmərəm. Amma çox şadam ki, müəlliməlik fəaliyyətimə Bayramlı kəndində
başlamışam. İndi bacılarımın, qardaşlarımın, xalalarımın, nənələrimin
sayı artıb, özümü çox yaxşı hiss edirəm.

-Uzun müddətə kənddə çalışmaq fikiriniz var?

-Müəllim
aktyordur, teatr isə şəhərdə də ola bilər, kənddə də. Əsas aktyorun
işidir. Mənim səhnəm sinif otağından ibarətdir. Bunun kənddə və şəhərdə
olmağının önəmi yoxdur. Amma yaxın gələcəkdə buradan ayrılmaq fikirim
yoxdur.

Maaşınız qane edir sizi?

-Xeyr, qane etmir!

Məktəbin və kəndin ehtiyacları əsasən nələrdir?

-Bayramlı
kəndi tam dağlıq ərazidə yerləşmir. Aran və dağ sərhəddindədir. Kəndin
təbiəti möhtəşəmdir. Gündüzü, gecəsi bir fərqli olur. Gündüzlər çən
olanda elə bilirsən buludlar yerə enib. Günəşin ən parlaq halını burada
görmüşəm. Düzdür , kənd təmas xəttinə yaxın ərazidə deyil, amma arada
düşmən tərəfindən silah səsləri eşidilir. Buradakı insanlar çox
zəhmetkeşdirlər. Kənddə insanların əsas məşğuliyyətləri təsərrüfatdır.
Xüsusən də maldarlıq. Lakin kənddə əkin üçün suvarma sistemi yoxdur.
İçməli su da tapmaq çətindir. Su artezianları çəkilsə, əhalinin içməli
su ehtiyacı ödənər.

Short URL: http://www.cumhuriyyet.net/?p=15664

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728