Sumqayıtda 3 gün əvvəl avtomobilin vurduğu piyada xəstəxanada ölüb
Oktyabrın 24-də Sumqayıt şəhərinin Sülh küçəsində yolu keçmək istəyən 1939-cu il təvəllüdlü Əliyev Yusif Məhəmmədəli oğlunu avtomobil vurub.
Ağır xəsarət alan 81 yaşlı kişi Bakıda xəstəxanalardan birinə yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. Y. Əliyev bu gün ölüb. Meyit aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Short URL: http://www.cumhuriyyet.net/?p=156664