İntiqam Əliyevin məhkəməsində şok
“İmzam o
qədər aşkar saxtalaşdırılıb ki, istintaq onları ekspertizaya
göndərməkdən belə, çəkinib. Sənədlərdən birinin guya imzalandığı tarixdə
mən ümumiyyətlə ölkədə olmamışam”
prosesi keçirilib. Prosesdə müdafiə tərəfi bir neçə vəsatət qaldırıb,
lakin onlardan heç biri təmin olunmayıb. Vəsatətlərdən biri
İntiqam Əliyevin zaldakı dəmir qəfəsdən çıxarılıb, vəkilləri yanında
oturması barədə olub. İntiqam Əliyev də məhkəmə zalında dəmir qəfəsə
salınmasına etiraz edib. Lakin məhkəmə bunu nəzərə almayıb.
İntiqam
Əliyev həbsini ölkədə aparılan siyasi həbslərin tərkib hissəsi
adlandırıb. “Bu həbslər bizim mübarizəmizin bir hissəsidir. Biz azad
insanlarıq. Azad insanlar üçün habsxana ilə həbsxanadan kənarda olmağın
fərqi ola bilməz. Mübarizəmiz bu şəraitdə də davam edir. Mən həbsimdən
əvvəl Praqada idim. Bakıya dönən kimi həbs ediləcəyimi bilirdim. Ordan
gəlməyə də bilərdim. Lakin gördüyünüz kimi, gəldim. Həbsdə olduğum bu
müddət ərzində niyə gəlib həbsə düşdüm deyə heç heyifsilənmədim də”, –
deyə İntiqam Əliyev bildirib.
İntiqam Əliyev daha sonra guya 119
min manat mənimsəməyə yol verdiyi haqda ittihamı darmadağın etdi. O,
vəsatət qaldırdı ki, mənimsəmənin təsdiqi kimi təqdim olunan
sənədlərdəki imzanın ona aid olub-olmadığını müəyyənləşdirmək üçün
ekspertiza təyin olunsun. “İşdə 119 min manat mənimsəmədən
söhbət gedir. Əgər o pulun 1 manatını mənimsəmişəmsə, ən axırıncı şəxs
kimi cəza almağa hazıram. O vəsaitin köçürülməsi haqda sənədlərdə imzam o
qədər aşkar saxtalaşdırılıb ki, istintaq onları ekspertizaya
göndərməkdən belə, çəkinib. Sənədlərdən birinin guya imzalandığı tarixdə
mən ümumiyyətlə ölkədə olmamışam”, – deyə İntiqam Əliyev ekspertiza
tələb edib. Lakin məhkəmə onun bu vəsatətini də rədd edib.
İntiqam
Əliyev məhkəmə gətirilərkən üzləşdiyi qeyr-insani vəziyyət barədə də
məlumat verib. Bildirib ki, məhkəməyə gətirilərkən onu soyundurub
yoxlayırlar. “Əslində bunu demək ayıbdır, amma buna görə biz yox, bu
şəraiti yaradan hakimiyyət utanmalıdır”, – deyə o əlavə edib.
İntiqam
Əliyev onu da bildirib ki, məhkəməyə 9 nəfərlik maşında 11 nəfərlə,
üstəlik içəridə quraşdırılmış ayrıca tabuta bənzəyən bir yerə salınaraq
gətirilir. Maşında ciddi havasızlıq olur. Dustaqlar havasızlıqdan hətta
qaytarmalı da olurlar.
Növbəti proses fevralın 3-nə təyin olunub. Məhkəmədən geniş reportaj təqdim edəcəyik.
Short URL: http://www.cumhuriyyet.net/?p=15667