Məmur ailələrinin qandonduran biznesi

23.01.2015 - 15:28

Özəl autizm mərkəzlərinin arxasındakı tükürpədən sirr

“Azərbaycanda
fəaliyyət göstərən özəl autizm mərkəzlərinin qiymətləri hədsiz bahadır.
Əksər valideynlərin öz uşaqlarını həmin mərkəzlərə aparmaq imkanı
yoxdur”. Bu barədə xəbəri redaksiyamıza məlumatlı mənbə verib. Ən
ilginc məqam isə odur ki, belə autizm mərkəzlərini əksər hallarda
vəzifəli şəxslərin ailə üzvləri açırlar. Onlar hesab edirlər ki, həmin
mərkəzlər vasitəsi ilə yaxşı gəlir əldə etmək mümkündür.
Əslində
doğrudan da belədir. Autizm xəstəliyindən əziyyət çəkən uşaqların
valideynləri maddi vəziyyətləri nə qədər ağır olsa da belə, övladlarının
sağlamlığı naminə hətta borc-xərc olsa belə, onları belə autizm
mərkəzlərinə aparmaq məcburiyyətində qalırlar. Xatırladaq ki, autizm
üç yaşından əvvəl başlayan və ömür boyu sürən, ictimai qarşlılıqlı
təsirə və ünsiyyətə zərər verən, məhdud və təkrarlanan davranışlara
gətirib çıxaran beyinin inkişafına maneə törədən bir xəstəlikdir. Autizm
beyinin bir çox qisiminə təsir edir, amma bu təsirin necə inkişaf
etdiyi məlum deyil. Valideynlər ümumiyyətlə uşaqlarının həyatının ilk
iki ilində əlamətləri hiss edirlər. Erkən davranış ya da qavrayış
müdaxilələri uşaqların özünə baxa bilmə bacarığı ilə ictimai və ünsiyyət
bacarıqlar qazanmasına köməkçi ola bilər. Autizmin çarəsi yoxdur.
Autistik uşaqların çox azı yetkin olduqdan sonra sərbəst həyatda hansısa
uğurlara müvəffəq ola bilir.
Əvvəllər adını belə bilmədiyimiz
autizm sindromu hazırda Azərbaycanın bəlasına çevrilməkdədir. Son 3 ildə
autizm sindromu ilə doğulan uşaqların sayı xərçəng, şəkərli diabet
xəstələrinin sayını ötüb. Hazırda hər 100 uşaqdan 2-si autizmli doğulur.
Çox
acınacaqlı haldır ki, Azərbaycanda autizmli uşaqların reabilitasiyası
ilə məşğul olan dövlət qurumu, mərkəz yoxdur. Əvəzində özəl autizm
mərkəzləri fəaliyyət göstərir ki, burada da qiymətlər orta statistik
azərbaycanlının cibinə uyğun deyil. Hələ ötən il Autizm Defektoloji və
Psixoloji Yardım Mərkəzi İçtimai Birliyinin sədri Çiçək Məmmədli
mətbuata açıqlamasında həmin mərkəzlərin məmur ailələri üçün gəlir
mənbəyinə çevrildiyini demişdi: “Son vaxtlar özəl mərkəzlər yaradılıb,
autizmli uşağın yarm saatlıq təlimi 20-25 manatdır. Məmur xanımları özəl
təlim mərkəzləri yaratmaqla bu problemin üzərində biznes qurublar.
Bilirlər ki, valideyn evini satıb küçələrdə qalacaq, amma o vəsaiti
tapıb təlimlərə verəcək”.
Qeyd edək ki, bizə daxil olan məlumatlarda
da özəl autizm mərkəzlərinin əksəriyyətinin arxasında müəyyən məmurların
ailə üzvlərinin dayandığı təsdiqlənir. Bir sözlə, bəzi vəzifəli
şəxslərimiz olduqca ağır bir xəstəliyin qurbanlarını da özlərinin gəlir
mənbəyi kimi görürlər. Əlbəttə, özəl autizm mərkəzlərinin pullu
olmasında qeyri-təbii heç nə görmürük. Amma heç olmasa, belə mərkəzləri
açan məmur ailələrinin üzvləri oradakı qiymətləri orta statistik
vətəndaşın cibinə uyğunlaşdıra, daha az qazanmaq haqqında düşünə
bilərlər.
Nəhayət, başda Səhiyyə Nazirliyi olmaqla hökumət qurumları
da autizm xəstələrini və onların valideynlərini kimlərinsə maddi
maraqlarının pəncəsindən qurtarmaq, onlar üçün əlçatan müayinə-müalicə
imkanları yaratmaq haqqında düşünməlidirlər.(unikal.org)

Short URL: http://www.cumhuriyyet.net/?p=15668

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728