Yol polisi sürücünü döydü

23.01.2015 - 16:33

 

Yanvarın 21-də Sabunçu rayonu ərazisində yol polisi ilə sürücü arasında dava olub. “Qafqazinfo”-nun verdiyi məlumata görə, münaqişə nəticəsində sürücü
döyülüb və yaralı vəziyyətdə Sabunçu rayonu 3 saylı xəstəxanaya
yerləşdirilib.

Xəstəxanadan verilən məlumata görə, həmin şəxs Səbuhi Ələkbərov Cəlil
oğlu olub. 27 yaşlı sürücüyə sol əlin üçüncü barmağının kəsilmiş yarası
diaqnozu qoyulub. Xəstəxanada ona tibbi yardım göstərildikdən sonra evə
buraxılıb. İş Dəmir Yol Nəqliyyatında Polis İdarəsinə verilib. Sürücü idarədə Əzizov soyadlı polis əməkdaşı tərəfindən dindirilib.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə
bölməsinin rəisi Vaqif Əsədov və Daxili İşlər Nazirliyinin mətbuat
xidmətinin əməkdaşı Orxan Mansurzadə hadisə barədə məlumatları
olmadığını bildiriblər.

 

Short URL: http://www.cumhuriyyet.net/?p=15671

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728