“Mədət Quliyevin müavinini ikicə ay təriflədiyi cəzaçəkmə müəssisəsində saxlasalar….”

23.01.2015 - 16:50

Penitensiar Xidmətin rəis müavini, general Hüseyn Əlixanov hazırda
həbsdə olan hüquq müdafiəçisi Leyla Yunusun saxlanma şəraitindən
danışarkən Azərbaycan həbsxanalarında vəziyyətin ideal səviyyədə
olduğunu iddia edib: “Mən hələ ehtiyat edirəm ki, məhkumların yaxşı
saxlanması onları yenidən cinayətə sövq edə bilər”.

Əgər vəziyyət həqiqətən Hüseyn Əlixanovun dediyi kimidirsə, o halda
niyə Azərbaycandakı cəzaçəkmə müəssisələrindən şikayətlər getdikcə
artır? 14 saylı cəzaçəkmə müəssisəsində 31 yaşlı məhkum Elşad Babayevin
döyülərək öldürülməsinin bir ayı bu gün tamam olur. Yayılmış fotolarda
onun cəsədi üzərindəki işgəncə izləri görənləri dəhşətə gətirirdi. Ideal
şəraitdə insanı həmin vəziyyətə salarlarmı?

Elə “Siyasi Məhbuslarsız Azərbaycan” Alyansının koordinatoru Oqtay
Güləliyev də deyir ki, Hüseyn Əlixanov həbsxanalardakı ideal şəraitdən
danışarkən ola bilsin, Azərbaycanı deyil, başqa ölkələri nəzərdə tutub. Dünyanın ən müasir həbsxanalarının belə, insanlar üçün arzuolunan yer
olmadığını vurğulayan hüquq müdafiəçisinin sözlərinə görə, insanları
yenidən həbsxanaya qaytaran səbəblər tamam başqadır: “Ökəmizin
cəzaçəkmə müəssisələrindəki şərait, məhkumlarla rəftar dünyanın ən
acınacaqlı, ən çətin həbsxanalarıyla müqayisə oluna bilər. Burada
korrupsiyadan tutmuş, məmur harınlığı, işgəncəyə qədər ən müxtəlif qanun
pozuntularına tez-tez rast gəlinir. Dekabrın 22-də Elşad Babayevin
müəmmalı şəkildə 14 saylı cəzaçəkmə müəssisəsində nəzarətçilər
tərəfindən qətlə yetirilməsi və bu cinayətin üstünün bugünə qədər
açılmaması, bu hala etiraz edən dustaqlara divan tutulması, onların
valideynlərinin incidilməsi, onlara verilən işgəncələr Azərbaycanın
cəzaçəkmə müəssisələrindəki real vəziyyəti ortaya qoyur”.

Hüquq müdafiəçisinin sözlərinə görə, Azərbaycanın cəzaçəkmə
müəssisələrində çox ciddi problemlər var: “Dustaqların saxlanma şəraiti,
tibbi xidmət, infrastruktur bərbad vəziyyətdədir. Çünki Kürdəxanıdakı
Bakı Istintaq Təcridxanası istisna olmaqla, qalan müəssisələr sovet
vaxtında tikilib. Onların hamısı insanların ağır şərtlər altında cəza
çəkməsi üçün nəzərdə tutulmuş müəssisələrdir. Mütəmadi olaraq, bizə
cəzaçəkmə müəssisələrindəki məmur özbaşınalığı, məhkumlarla qəddar,
aşağılayıcı rəftar barədə məlumatlar daxil olur. Bununla bağlı
hesabatlar hazırlayırıq. Görəsən, Hüseyn Əlixanovu ikicə ay təriflədiyi
cəzaçəkmə müəssisəsində saxlasalar, qayıdıb yenə oradakı vəziyyətə ideal
deyərmi?!”

Azadlıq.info

Short URL: http://www.cumhuriyyet.net/?p=15672

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728