Məkkənin sahibi vəhhabi adəti ilə dəfn olunacaq
Səudiyyə Ərəbistanının kralı Abdullah bin Əbdüləziz Al Səud bu gün dəfn ediləcək. Dəfn mərasimi öz maraqlı xüsusiyyətləri ilə seçilir. Belə ki, 90
yaşlı kralın dəfn mərasimi vəhhabi adətləri ilə həyata keçirildiyindən
mərasimdə qeyri-müsəlmanların iştirakına icazə verilmir. Lakin ABŞ-ın
vitse-prezidenti Co Bayden dəfn mərasimi başa çatandan sonra Ər-Riyada
gələcək. Misir prezidenti Əbdülfəttah Əs-Sisi və İordaniya lideri kral
Abdullah isə Davosdakı forumu yarımçıq tərk edərək birbaşa Ər-Riyada
yola düşüb.
Yayılan xəbərlərdə o da qeyd olunur ki, kralın məzarının üstünə adı
yazılmayacaq. Bundan başqa, dövlət bayrağı üzərində kəlmeyi-şəhadət
yazıldığı üçün endirilməyəcək. Ökədə yas da elan edilməyəcək. Kral paytaxtdakı İmam Turki Bin Abdullah məscidində dəfn ediləcək.
Bu gün axşam namazından sonra kral ailəsinin üzvləri, vəhhabi
imamlar, iş adamlarının iştirakı ilə məclis təşkil ediləcək. Həmin
məclisdə Səudiyyə Ərəbistanının yeni kralı Əlahəzrət Salman bin
Əbdüləziz Al Səud krallığa sadiqlik andı içəcək. Bildirək ki, vəhhabi adəti ilə keçiriləcək dəfn mərasimində Azərbaycandan Qafqaz Müsəlmanları İdarəsinin (QMİ)
sədri Şeyxülislam Allahşükür Paşazadə və Milli Məclisin (MM) sədri Oqtay Əsədov iştirak edəcək.
Short URL: http://www.cumhuriyyet.net/?p=15674