Dünyanın ən axmaq qadağaları
Dünyanın ən qeyri-adi qadağaları məlum olub.
– Alyaskanın Faribanks şəhərində marala spirtli içki vermənin cəzası həbsdir.
– Arizonanın Mohave mahalında şorba oğrusu tutulduqda yemək oğrunun başına tökülür.
– Kaliforniyada hər bir motorlu nəqliyyat vasitəsinin sürücüsü olmasa, saatda 75 km-dən çox sürətlə hərəkət edə bilməz.
– Türkiyədə xalqa açıq olan yaşıllıqlarda çəmənliklərə girmək qadağandır.
– Çində bir insanı boğulmaqdan qurtarmaq, o adamın qədərini dəyişdirmək mənası daşıdığından qadağandır.
– Los Ancelesdə bir kişinin yoldaşını 5 sm-dən daha qalın bir kəmərlə döyməsi qadağandır.
– San Françiskoda Market Prospektində fillərlə gəzmək qadağandır.
– Fransada donuzlara Napoleon adı vermək qadağandır.
– Alanya Bələdiyyəsi Bərəkət Tanrısının heykəlciyinin açıq satmağı 1999-ci ildə qadağan etdi.
– Çikaqoda bir nüvə bombası partlatmasının cəzası yalnız 500 dollardır.
– Floridada bərbərə gedən qadınların saç qurutma maşınındaykən yatmaları qadağandır.
– Gainesvillidə toyuğu mütləq əlinizlə yemək məcburiyyətindəsiniz.
– İsveçrədə bazar günləri paltar və avtomobil yuyula bilməz.
– Maryland əyalətində bir aslanı (Şir) kinoya aparmaq qadağandır.
– Marylandda üzərkən yemək yemək qadağandlr.
– Nyu Yorkda əcnəbi biriylə liftdə danışmaq qadağandır.
– Vaterloo şəhərində bərbərlərin 07.00 – 19.00 arası soğan yemələri qadağandır.
– Nevada əyalətində sizə aid bir məkanda itinizə atəş açan birini anında asma haqqınız var.
– Klinton Mahalında cəmiyyətə aid bir binaya söykənmək qadağandır.
– Racinedə yatan bir xilasetmə məmurunu oyandırmaq qadağandır.
– Fransada relslər üzərində öpüşmək qadağandır.
– İtaliyada ətək geyən kişilər cinayət işləmiş sayılır. Cəmiyyətə açıq
yerlərdə and içmək, yumruq atmaq, həmçinin Məryəm adlı qadınların
fahişəlik etməsi də qadağan olunub.
– Şotlandiyada bir inəyin yanında sərxoş olmaq qadağandır.
– Denver şəhərində qonşuya elektrik süpürgəsini borc vermək qadağandır. Şəhərdə siçanlara pis davranmaq da qadağandır.
– Texasda ayaq üstdə pivə içərkən ən çox üç dəfə qurtum içə bilər. Dördüncü qurtum qadağandır. İçmək üçün oturmaq lazımdır.
– Danimarkada avtomobilinin altında birinin tapıldığını görən sürücünün avtomobilini işlətməsi qadağandır.
-Taylandda avtomobil istifadə etdiyiniz zaman köynək geymək məcburiyyətindəsiniz.
– Sinqapurda metroda saqqız tapdalayan həbs olunur.
– ABŞ-ın İndiana ştatında bərbərlərin uşaqların qulağını kəsməsi qadağandır.
– Kanadada yağış yağarkən çəmənlər sulana bilməz.
– Estoniyada hələ kitablarda olan bir qanuna görə cütlüklərin sevişərkən şahmat oynaması qadağandır.
– Floridada at oğurluğunun cəzası edamdır.
– Montanada bir qadının yoldaşına aid məktubu açması ağır cinayətdir.
Short URL: http://www.cumhuriyyet.net/?p=15677