Gümrü olaylarında Türkiyə və Azərbaycan “izi”
Rusiyanın Gümrüdə yerləşən 102-ci bazasının hərbi qulluqçusu Valeri
Permyakovun 7 nəfərlik bir ailəsini məhv etməsindən sonra Ermənistanda
baş qaldıran gərginlik getdikcə artır. Ökədə ümumxalq mitinqinin elan
olunmasından təşvişə düşən Ermənistan xüsusi xidmət orqanları müxtəlif
yalanlar uyduraraq izi azdırmağa və ermənilərin qəzəbinin səmtini
dəyişməyə cəhd göstərirlər.
Yeqiazaryan keçirdiyi mətbuat konfransında absurd iddialarla çıxış edib.
O, Gümrüdəki Avetisnov ailəsinin üzvlərinin məhv edilməsi hadisəsində
“türk izi” axtarıb. İddia edib ki, sifarişçi qətliam üçün o evi seçib
ki, orda uşaqlar olmalıydı. Erməni ekspert cəfəng iddialarını davam
etdirərək “sifarişçi”ni Türkiyə və Azərbaycan xüsusi xidmət orqanlarının
arasında axtarmağı tövsiyə edib. Bununla da keçmiş təhlükəsizlik zabiti
Rusiyanın 102-ci bazasının Ermənistandan çıxarılmasını tələb edən
ermənilərin emosiyalarını səngitməyə və paralel olaraq absurd iddialarla
Putin-Sərkisyan cütlüyünə yarınmağa çalışıb. Göründüyü kimi, Ermənistan
və Rusiya arasında yaranmış gərginlikdən yeganə çıxış yolu kimi erməni
kəşfiyyatı diqqəti ənənəvi “düşmənə” – türklərə qarşı yönəltməyə və
erməni ictimai rəyinin Gümrü olayı üzərində fokuslaşmasına son verməyə
çalışırlar. Son vaxtlar Ermənistan-Azərbaycan cəbhəsində ermənilərin
kütləvi tələfatı ilə müşayiət olunan gərginliyin arxasında da eyni
planın dayandığı barədə fikirlər var.
Panorama.am saytı onu da xəbər verir ki, Q.Yeqiazaryan Gümrüdəki
hərbi bazanın çıxarılması barədə ermənilərin çağırışlarına reaksiya
verərək deyib ki, 102-ci hərbi baza Ermənistana “hava və su kimi”
lazımdır.
Short URL: http://www.cumhuriyyet.net/?p=15685