Çeçen əsilli fransız Avropaya od yağdırdı
“Avropalıları öldürün, boğazlarını üzün, maşınlarını, evlərini yandırın”
yaşadığı Şildiqheym şəhərində xeyli uğur qazanmışdı. Yaxşı mütəxəssis
sayılırdı, idmançı kimi də seçilirdi. İndi isə o, İŞİD sıralarınadır və
Parisdə baş vermiş terror hadisələrini alqışladığını bildirir. Şəhər əhalisinin beşdə biri işsiz idi. Ancaq onu işlə təmin etməyə
söz vermişdilər. O, qrafika sahəsində xeyli tanınırdı. 20 yaşlı bu gənc
ötən yay yox olana qədər hamı tərəfindən sevilirdi. Kimsənin ağlına gələ
bilməzdi ki, o, İŞİD-ə qoşula bilər. Yusif Nasulxanov islamla bağlı heç
vaxt nəyəsə etiraz etməmişdi: “Biz onunla söhbət edirdik, zarafatlarımız da olurdu. O,
fransızlarla müsəlmanlar arasında hər hansı anlaşılmazlıq barədə bir
kəlmə də deməmişdi”, Yusif Nasulxanovla bir ildən çox bir yerdə işləmiş
Yann Lymand deyir. Və iddia edir ki, mənim tanıdığım Yusif Parisdə 17
nəfərin ölümünə səbəb olan terror aktını dəstəkləyə bilməz.
əhatə etməlidir, inşallah, elə də olacaq”, Yusif Nasulxanov
video-müraciətində deyir.
bilmirlər. Nə edə bilirsinizsə, yaşadığınız yerlərdə edin. Onları
öldürün, boğazlarını üzün, onların maşınların, evlərini yandırın”, gənc
terrorçu deyir.
olanda Fransaya gəlib. Yann Lymand onu həmişə himayə edib. Bütün
çətinliklərini aradan qaldırmaq üçün həmişə onun yanında olub. Ona görə
də Yusif Nasulxanovun video-müraciəti onu sarsıdıb: “Mən o görüntülərə
baxa bilmirəm, o görüntülər məni əzir, məhv edir”. Bəzi məlumatlara görə, Yusif Nasulxanov Razamzan ayında bəzən 5-6
gün məsciddən çıxmırmış. O radikal müsəlman olsa da, öz düşüncələrini
məharətlə gizlədə bilmişdi.
Almaniyalı mütəxəssislərin hesablamasına görə, terrorçu qruplara
qoşulanların əksəriyyəti savadıs və işsiz adamlardır. 400 terrorçu ilə bağlı aparılan araşdırmalar sübut etdi ki,
onlardan yalnız yarısı orta məktəbi bitirə bilib. Cəmi 2 faizi isə
Universitetə daxil olub. On nəfərdən yalnız birinin işi vardı. Onların
üçdə ikisinin kriminalla bağlı problemi də qeydə alınıb. Agentlik bildirir ki, Parisdə terroru həyata keçirən 3 terrorçunun
üçü də kasıb idi, dövlətin dəstəyi ilə tikilmiş evdə yaşayırdı.
Short URL: http://www.cumhuriyyet.net/?p=15687